Twente Universiteti

2015-06-06 03:41:20

Twente Universiteti

UT bir araşdırmaçı universitetdir və cəmiyyətdə təsirinə və texnologiyanın inkişafına diqqət yetirir. Bu diqqət 20 Bakalavr və 31 Magistr proqramında özünü göstərir və universitet bu proqramları texnilogiya, davranış və sosial elm sahəsindətəklif edir. Bu universitetin tələbələri öz sahələrinin hüdudlarından kənara baxmağa çalışırlar və başqa fənnlərlə əlaqə yaradırlar.Universitetdə 5,500 bakalavr və 2,500 magistr tələbəsi var. Universitet gələcəyin texnologiyası ilə işləyir buna nümunə olaraq informasiya texnologiyası, biotexnologiya, nanotexnologiyası və s. göstərmək olar. UT sağlamlıq, su, yaşıllıq, enerji, təhlükəsizlik və təhsil kimi sahələrdə aktivdir.

   Fakültə:

1. Davranış, İdarəetmə və Sosial Elmlər Fakültəsi

2. Mühəndislik Texnologiyası Fakültəsi

3. Elektrik Mühəndisliyi, Riyaziyyat və Kompüter Elmləri Fakültəsi

4. Elm və Texnologiya Fakültəsi

5. Geoinformasiya elmi və Yer kürəsinin müşahidəsi Fakültəsi