Florensiya Universiteti

2015-06-13 00:28:56

Florensiya Universiteti

Florensiya universiteti İtaliyanın ən qədim və nəhəng universitetlərindən biridir. Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onları tədris edən müəllimlərin sayı 2 mindən çoxdur.

Florensiya universiteti 1321-ci ildə Florensiya Respublikası universiteti qismində yaradılıb və o zaman mülki, ədəbi, tibbi və ilahiyyat fakultələrinə sahib idi. 1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator universiteti olaraq dəyişmişdir. 1472-1515-ci illərdə isə universitet Pisa şəhərinə köçürülür. 1859-cu ildə Praktiki təlim və inkişaf institutu olsa da, 1924-cü ildən yenidən Florensiya universiteti adını əldə edir. Hazırda universitetdə memarlıq, edukoligiya, iqtisadiyyat, əczaçılıq, mühəndislik, ədəbi-fəlsəfə, fiziki-riyaziyyat, tibbi cərrahlıq, siyasi elmlər, psixologiya, hüquq və kənd təsərrüfatı fakultələri fəaliyyət göstərir.