Riqa Texniki Universiteti

2015-06-14 13:12:04

Riqa Texniki Universiteti

  Riqa Texniki Universiteti

RTU Strategiyasının əsas hədəfi 2014-2020- ci illər üçün Milli İnkişaf  Planında sözügedən əsas motivin icrasını təmin etmək və Latiyada "iqtisadi sıçrayışa" nail olmaqdır. Bu universitetin əsas məqsədi 2020-ci ilə qədər Baltik ölkələrində  elm və yenilik üzrə lider olmaqdır. Buna nail olmaq üçün strategiya Universitetin 3 obyektini müəyyən edir: yüksək keyfiyyətli təhsil prosesi, araşdırma və davamlı yenilikdə mükəmməliyi və kommersiya işləri. Riqa Texniki Universiteti bakalavr , magistr və doktorluq dərəcəsi programları təklif edir. RTU 3 səviyyədə akademik və ixtisas təhsil proqramları təklif edir: bakalavr, magistr  və doktorluq dərəcəsi. Bu universitetdə bakalavr 3, 4 il, magistr 2 il davam edir. Doktorluq dərəcəsi isə 4 il davam edir. RTU Sentyabrın əvvəlindən İyulun ortasına qədər davam edir. İl iki semestrə bölünür:

    -birinci Sentyabrdan Yanvara qədər,

    -ikinci Fevraldan İyuna qədər.

Hazırda bu universitetdə təxmini 16 000 tələbə təhsil alır.

400 doktorluq dərəcəsi üzrə;

3 200 magistr dərəcəsi üzrə;

10 000 bakalavr dərəcəsi üzrə.

 

  Fakültələr:

1. Şəhərsalma və Arxitektura fakültəsi

2. İnşaat Mühəndisliyi fakültəsi

3. Kompüter və İnformasiya Texnologiya fakültəsi

4. Elektronika və Telekommunikasiya fakültəsi

5. İqtisadiyyat və İdarəetmə fakültəsi

6. Elektrik Cihazları və Elektrik Mühəndisliyi fakültəsi

7. Nəqliyyat və Mexaniki Mühəndislik fakültəsi

8. Tədris Texnologiyaları və Humanitar fakültə