Latvia Universiteti

2015-06-14 13:12:35

Latvia Universiteti

   Latviya Universiteti          

  15 000 tələbəsi, 13 fakültəsi və 20-dən çox tədqiqat institutu olan Latviya Universiteti Baltik ölkələrində ən böyük və aparıcı universitetlərindən biridir. Universitet 130-dan çox dövlət-akkreditasiya olunmuş akademik və peşəkar təhsil proqramları təklif edir. Latviya Universitetində araşdırma 50-dən çox tədqiqat sahəsində həyata keçirilir və bunlar da araşdırmanın 4 əsas sferasını təmsil edir: a) humanitar, b) elmi, c) sosial elmləri və d) tədris elmləri. Latviya Universiteti beynəlxalq əməkdaşlığın inkişafına böyük diqqət yetirir. Hazırda latviya Universiteti ERASMUS proqramı ilə 31 Avropa ölkəsində 326 təhsil müəssisəsi ilə saziş imzalayıb. LU-də siz humanitar  (filologiya, tarix,fəlsəfə, ilahiyyat və s.), pedagoji, sosial elmlər ( iqtisadiyyat, rabitə və kommunikasiya təhsili, psixoligiya, sosiologiya, hüquq, idarəetmə və s.), elmi (biologiya, fizika. coğrafiya, geologiya, kimya, riyaziyyat, ekoloji elmlər və s.), tibb (əczaçılıq, tibb bacısı və s.) sahələrində akademik bakalavr və magistr dərəcəsi əldə edə bilərsiniz.

 Fakültələr:

  1. Biologiya fakültəsi
  2. İqtisadiyyat və İdarəetmə Fakültəsi
  3. Tarix və Fəlsəfə fakültəsi
  4. Tibb Fakültəsi
  5. İlahiyyat Fakültəsi
  6. Komputerləşmə fakültəsi
  7. Təhsil, Psixologiya və İncəsənət fakültəsi
  8. Humanitar fakültə
  9. Fizika-riyaziyyat fakültəsi
  10. Kimya fakültəsi
  11. Coğrafiya və Yer Elmləri Fakültəsi
  12. Hüquq fakültəsi
  13. Sosial Elmlər Fakültəsi