İsveçrə

2015-05-07 23:14:34

İsveçrə

İsveçrə dövlət tərəfindən maliyyələşən yüksək keyfiyyətli təhsil sistemi ilə bütün dünyada tanınır. Çox az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq, İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Ölkənin tərəqqisi, ilk növbədə, zəngin intellektual potensiala əsaslanır.

İsveçrədə əlavə təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Hər kəsə peşə bacarıqlarını inkişaf etdirmək, müvafiq biliklərini daha da dərinləşdirmək üçün əlverişli şərait yaradılır. Əlavə təhsil, əsasən kurslar, humanitar qurumlar və ya universitetlər tərəfindən təşkil olunur. Əlavə təhsil dərsliklər, əyani vəsaitlər və kompüter proqramları vasitəsilə evdə təhsil formasında da həyata keçirilə bilər.

İsveçrənin 10 dairə universitetinin 5-i (Bazel Universiteti, Bern Universiteti, Luzern Universiteti, Saint-Qallen Universiteti və Sürix Universiteti) alman dilli, 4-ü (Friburq Universiteti, Cenevrə Universiteti, Lozanna Universiteti və Nevşatel Universiteti) fransız dilli, 1-i (Della Svizzera Universiteti) isə italyan dilli dairədə yerləşir. Həmin universitetlərdə tədris dairədə istifadə edilən dildə aparılır. Yalnız Friburq Universitetində tədris alman və fransız dillərində aparılır.

HTMi (Hotel and Tourism Management Institute) İsveçrənin Bakalavr, Magistr və ixtisasartırma kursları təklif edən özəl Universitetidir. Universitetin 2 əsas binası var ki, bunlardan biri Sörenbergdə yerləşir. Bina sinif otaqları, restoranlar, yataqxana və ofislərlə təmin olunmuşdur.

Hər semestr dünyanın 35-dən artıq ölkəsindən təxminən 210 tələbə bu proqramlara qatılmaq üçün gəlir.  Otel və Menecment İnstititu 5 mərkəzdə fəaliyyət göstərir:

  • The School of International Hotel and Tourism Management
  • The Centre for Career Management
  • The International Hospitality Research Centre Switzerland
  • The Centre for Culinary Management
  • The Centre for Events Management Training

Qeyd edək ki, təhsilin yekununda bütün tələbələri ödənişli təcrübə imkanı gözləyir.