Bolonya Universiteti

2015-06-13 00:29:33

Bolonya Universiteti

Bolonya universiteti (Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. Avropanın universitet şəbəkəsi olan Utrext şəbəkəsinə daxildir. Universitet bakalavr, masgistatura və doktorantura dərəcələrini təqdim edir. İELTS 5.5, 6.0 bal olmalıdır. İllik təhsil haqqı 2300 eurodur. Daxil olan tələbələrin əksəriyyəti üçün 300, 350 euro olur. Bakalavr dərəcəsi 180 kreditdən ibarətdir və 3 il davam edir. Magistatura dərəcəsi 120 kreditdən ibarətdir və 2 il davam edir. Universitetin Bologna, Cesena, Forli, Ravenna və Rimini kampusları var. Təhsil italyan və ingilid dillərində tədris olunur.

  Fakültələr:

Kənd Təsərrüfatı və Baytarlıq fakültəsi

İqtisadiyyat, Menecment və Statistika fakültəsi

Aptek, Biotexnologiya və İdman Elmləri fakültəsi

Hüquq fakültəsi

Mühəndislik və Arxitektura fakültəsi

İncəsənət, Humanitar Mədəni İrs fakültəsi

Xarici Dillər və Ədəbiyyatı, Tərcümə fakültəsi

Tibb fakültəsi

Psixologiya fakültəsi

Elm fakültəsi

Siyasi Elmlər fakültəsi