Yagellon Universiteti (Jagiellonian University)

2015-06-06 03:37:40

Yagellon Universiteti (Jagiellonian University)

 Yagellon Universiteti — Polşanın Krakov şəhərində yerləşən, ölkənin və Avropanın ən qədim universitetlərindən biridir. Universitetin yaranması barədə fərman 12 may 1364-cü il də III Böyük Kazimir tərəfindən imzalanıb. On bir kafedra , o cümlədən səkkiz hüquq, iki tibb və bir azad sənətləri kafedrası yaradıldı. İlahiyyət kafedrası Roma Papasından icazə alınmadığına görə yaradılmadı. Universitetin inkişafı üçün rektor vəzifəsinə ölkənin kansleri təyin edildi. Təşkilati və inşaat işləri başladı, ancaq kralın ölümündən sonra universitet fəaliyyətini dayandırdı. 2015-2016-cı akademik il 2015-cı ilin 1 oktyabrda başlayır və 2016-cı ilin 30 sentyabrda bitir. Akademik il aşağıdakı semestrlərdən ibarətdir:

 - qış semestri: 1 oktyabr 2015 - 23 fevral 2016

 - yay semestri: 24 fevral 2105 - 30 sentyabr 2016

Fakultələr:

Hüquq və İdarəetmə

Tibb

Əczaçılıq

Sağlamlıq Elmləri

Fəlsəfə

Tarix

Filologiya

Polşa Araşdırmaları

Fizika, Astronomiya və Tətbiqi Komputer Elmləri

Riyaziyyat  və Komputer Elmləri

Kimya

Biologiya və Yer Elmləri

İdarəetmə və Sosial Əlaqə

Beynəlxalq və Siyasi Tədqiqatlar

Biokimya, Biofizika və Biotexnologiya