Çexiya

2015-05-26 01:14:09

Çexiya

Çexiyada da bizim ölkədə olduğu kimi 7 yaşından 10 yaşına qədər uşaqlar ibtidai məktəbdə oxuyurlar. Onlar 11 yaşından 19 yaşına kimi gimnaziyalarda orta təhsil alır, yaxud istəsələr, orta məktəbi bitirib 16 yaşından 19 yaşına kimi tibb, pedaqoji, hüquq və s. kolleclərdə xüsusi orta təhsil alırlar. Gimnaziyadan və ya kollecdən sonra kamal attestatı almaq üçün imtahan vermək olar. Belə imtahanı verənlər universitetə və ya digər ali təhsil müəssisəsinə daxil olmaq hüququnu qazanırlar.

Çexiyada ali təhsil müəssisələri universitetlərə, institutlara və akademiyalara bölünürlər. Ali təhsil barədə Qanuna görə, yalnız elmlər namizədi və elmlər doktoru hazırlayan ali təhsil müəssisələri universitet adlandırılmaq hüququna malikdirlər. Ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində ali təhsil verən ali təhsil müəssisələri akademiyalara aid edilir.

Çexiyada ali təhsil müəssisələri dövlət və kommersiya tipli olur. Dövlət ali təhsil müəssisələri, bir qayda olaraq, əsaslı maddi  bazası və təcrübəli müəllimləri olan köhnə, sanballı və demək olar ki, pulsuz təhsil müəssisələridir. Dövlət ali məktəbləri həm bakalavr (3 illik təhsil), həm də magistr (5 illik təhsil) hazırlayırlar. Çexiyanın Avropa Birliyinə gözlənilən girişi ilə əlaqədar olaraq, onlar ümumavropa tələblərinin nəzərə alnması şərti ilə tədris olunan fənlərin tərkibini və məzmununu aktiv şəkildə təkmilləşdirirlər. Bu isə onların təhsil sisteminin keyfiyyətini əhəmiyyətli şəkildə artırır. Öz təhsil siyasətlərini az-az təkmilləşdirən MDB ölkələrinin dövlət ali təhsil müəssisələrindən Çexiyanın dövlət ali məktəblərinin fərqi məhz budur. Çexiyanın bütün kommersiya ali təhsil müəssisələri tələbələrə əsasən bakalavr səviyyəsinə qədər (3 illik təhsil) təhsil verən və yaxın zamanlarda (1-3 il əvvəl) yaradılmış təhsil müəssisələridir.  Burada təhsil pulludur. Kommersiya ali təhsil müəssisələri Çexiyanın təhsil nazirliyində təhsilin keyfiyyəti üzrə məcburi attestasiya keçirlər. Bununla belə, onların əsas zəif yeri tələbələrə verilən təhsilin səviyyəsidir.

İmtahan qaydaları

Təhsil Çexoslovakiya cəmiyyətinin həyatında, ənənəvi olaraq, mühüm yer tutur, təhsilli insanlar isə siyasətdə əhəmiyyətli rol oynayırdı. Çexoslovakiyada təhsil sistemi təhsil nazirliyinin və gənclərin işləri üzrə nazirliyin nəzarəti altında idi.

Avropa ölkələrindən fərqli olaraq, Çexiyada ali məktəbə qəbul zamanı yaş məhdudiyyətləri yoxdur. Beləliklə,  abituriyentin 18 yaşına çatması vacib deyil.

Qəbul imtahanı zamanı abituriyent pasportu, doğum haqqında şəhadətnaməni və orta təhsil müəssisəsini bitirməsi barədə attestatı özü ilə götürməlidir. Xarici vətəndaşın attestatı Çexiyada məcburi notarial təsdiqə məruz qalmalıdır.

Çexiyanın dövlət ali təhsil müəssisələrinə qəbul prosedurası MDB ölkələrinin ali təhsil müəssisələrinə qəbul qaydaları ilə analojidir: güclü hazırlıq prosesi, seçilmiş ali məktəbə qəbul imtahanlarının verilməsi və müsabiqədən keçmək. Heç bir abituriyent kateqoriyalarına heç bir güzəşt verilmir. Qəbul zamanı hamı – həm çexlər, həm də xaricilər eyni hüquqludur.

Çexiyanın dövlət adi təhsil müəssisələrinə qəbul imtahanları çex dilində aparılır. Adətən, bir neçə əsas fəndən imtahan verilir (həm yazılı, həm də şifahi formada). Əsas fənlərin dəqiq adı və məzmunu seçilmiş ixtisasdan, fakültədən və ali məktəbdən asılı olaraq dəyişir.

Özəl ali təhsil müəssisələrində qəbul imtahanlarının tərkibi onların rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Qəbul imtahanlarının strukturu ali məktəbdən və onun nüfuzundan asılı olaraq dəyişir. Daha geniş yayılmış forma yazılı testlərin və sonra şifahi müsahibənin kompozisiyasından ibarətdir. Lakin bir çox özəl ali təhsil müəssisələrində qəbul sadəcə olaraq şifahi müsahibə yolu ilə mümkündür.

Dövlət universitetlərinin əksəriyyətində buraxılış imtahanlarının verilməsi üçün sənədlərin qəbulu qəbul ilinin yanvar – fevral aylarında həyata keçirilir. Kommersiya tipli ali məktəblərdə sənədlərin qəbul müddətləri, bir qayda olaraq, daha uzun çəkir. Belə ali məktəblərin çoxu abituriyentlərdən sifarişləri hətta ildə bir neçə dəfə qəbul edirlər.

Çexiyanın dövlət ali məktəblərinə qəbul imtahanlarının verilməsi, adətən, qəbul ilinin iyun ayında həyata keçirilir. Kommersiya ali məktəblərində imtahanların verilməsi fərdi qrafiklər üzrə və adətən, dövlət ali məktəbləri üçün müəyyənləşdirilmiş müddətlərdən bir qədər gec və ildə bir neçə dəfə həyata keçirilir.