BHMS

2015-06-13 00:34:21

BHMS

Benedik Schools qrupunun üzvü olan BHMS 1928-ci ildə Luzernin mərkəzində yaradılıb. Yaradılan zaman qarşıya qoyulan məqsəd böyüklər üçün yüksək ali təhsili təmin etmək olub. Benedik Schools qrupu İsveçrədə ən böyük özəl təhsil müəssisələrində biridir və hər il 15 000 – dən çox tələbəyə həm part time, həm də full time təhsil verir.

Benedikin Zürix kampında hər il təxminən 8000 tələbə dil, səhiyyə proqramları, informasiya texnologiyaları, təhlükəsizlik menecerliyi və biznes menecment proqramları üzrə təhsil alır. BHMS texniki və menecment diplomu, Bachelor of Arts, Master of Arts və MBA dərəcələri üzrə proqramlar təklif edir.

BHMS Luzern kampusda hər il təxminən 700 tələbə otel və qonaqpərvərlik sənayesində gələcək karyerasını qurmaq üçün hazırlanır. BHMS Robert Gordon University of Aberdeen, UK və City University of Seattle, USA universitetləri ilə əməkdaşlıq edir və Bachelor of Arts, MBA/PGD diploma and MBA dərəcələri üzrə diplom verir.

 

Hospitality Management

BHMS Qonaqpərvərlik sahəsi üzrə bu sahədə karyera qurmaq istəyən tələbələrə aşağıdakı proqramları təklif edir:

  1. Diploma Hospitality Management
  2. Higher Diploma Hospilality Management
  3. BA degree Hospitality Management
  4. BA degree Global Management
  5. Master in İnternational Hospitality Business Management

 

  1. Diploma Hospitality Management -  1 illik intensiv Bakalavr dərəcəsinə giriş olan proqram orta təhsili bitirib öz karyerasını Turizm və Qonaqpərvərlik sahəsi üzrə davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Xarici dillə bərabər proqram tələbələrə Turizm və Qonaqpərvərlik sahəsi üzrə şəxsi bizneslərini qurmaq üçün lazımi bilikləri təklif edir. Bu hissədə tələbələrə əsasən müvafiq sahə üzrə nizam-intizam, dəqiqlik, etik və gigiyenanın təşkili bilikləri verilir.
  2. Higher Diploma Hospitality Management – 2 illik proqram Bakalavr dərəcəsinə girişin ikinci hissəsidir. Proqram Turizm və Qonaqpərvərlik sənayesində şəxsi karyerasını qurmaq istəyənlərə lazımi bilik və təcrübə təklif edir. Bu hissədə tələbələrə müvafiq sahə üzrə biznesin idarə olunması – mühasibatlıq, satış və marketinq, insan resursları – bilikləri öyrədilir.
  3. BA degree Hospitality Management – 3 illik proqram Otel və Qonaqpərvərlik  Bakalavr dərəcəsi üzrə qonaqpərvərlik sənayesində potensial işə götürənlər, beynəlxalq işlər üzrə bacarıq və vərdişlər və karyera üçün tətbiq olunacaq “tool box” tədirisi aparılır. Konfrans, tematik parklar, sərgilər, asudə vaxtin təşkili və otellərin idarə olunması proqramları da tədris planına daxildir.
  4. BA degree Global Management -  3 illik proqram Qlobal Menecment  Bakalavr dərəcəsi üzrə qonaqpərvərlik sənayesində işə götürənlər üçün satış və marketinq, bank işi, insan resursları, maliyyə və onun idarə olunması vərdiş və bacarıqları tələbələrə keçilir.
  5. Master in İnternational Hospitality Business Management – proqram karyerasını sürətləndirməyə hazırlaşanlar üçün yaxşı fürsətdir. Karyeranı inkişaf etdirmək və öz marketinq sahələrini qurmaq üçün biliklər verən proqram 2 il davam edir.

Aşağıdakı sahələr üzrə seminarlar təşkil olunur:

  • İdman, tədbir və marketinq menecmenti
  • Spa, gözəllik və sağlamlığın qorunması menecmenti
  • Moda, dizayn və interyer dekorasiyası menecmenti
  • Brendləşdirmə, Lyuks məhsullar və xidmət menecmenti

 Bütün proqramlara 20 həftəlik nəzəri bilik və əlavə olaraq 4-6 aylıq praktiki bilik daxildir.

Magistr dərəcəsi iki sahə üzrə tədris olunur:

  • Qonaqpərvərlik menecmenti
  • Qlobal – Biznes menecmenti

18-24 aylıq Magistr dərəcəsi İsveçrənin BHMS və ABŞ-ın City University of Seattle institutlarının birgə proqramı olaraq həyata keçirilir. Magistr dərəcəsi Bakalavr dərəcəsini bitirmiş istər xidməti, istərsə də qeyri-xidməti sahələr üzrə qlobal turizm sənayesində çalışmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.

Lazımi sənədlər:

  1. CV
  2. İngilis dili sertifikatı (Bakalavr dərəcəsi üçün İELTS 5.5 -6.0, Magistr üçün 6.0 +)
  3. Pasportun kopyası
  4. Gələcək planlar və motivation letter
  5. Visa

 

Təhsil qiymətləri:

Bakalavr dərəcəsi üzrə Otel və qonaqpərvərlik menecmenti və ya Qlobal menecment:

1-ci il – all inclusive – 26 900 CHF

2-ci il – all inclusive – 26 900 CHF

3-cü il – all inclusive – 27 900 CHF

 

Bakalavr dərəcəsi üzrə Kulinariya sənəti:

1-ci il – all inclusive – 23 900 CHF

2-ci il – all inclusive – 23 900 CHF

3-cü il – all inclusive – 24 900 CHF

 

BHMS Magistr qiymətləri:

MBA 1-ci il – all inclusive – 27 900 CHF

MBA 2-ci il – all inclusive – 23 300 CHF

 

İngilis dili hazırlıq (foundation):

All inclusive - 7 600 CHF