Şirkətimiz haqqında

2015-09-08 10:13:54

Şirkətimiz haqqında

2014-cü ilin əvvəllərində British Academy-nin start götürən layihəsi uğurla davam etməkdədir. Fəaliyyətə başladığımız gündən bu yana əməkdaşlıq etdiyimiz universitetlərin sayı artmaqda davam edir. Digər təhsil qurumlarından fərqli olaraq, bizim Avropa ölkələrində bir neçə nümayəndəmiz fəaliyyət göstərir. British Academy-nin yeni Avropada təhsil layihəsi olan "StudyEurope"  Birləşmiş Krallıq, Almaniya, Fransa, İtaliya, İspaniya, Malta, Avstriya, Macarıstan, Hollandiya, Çexiya, Norveç, İsveç, Baltik yanı və Polşa kimi ölkələrdə dil kursları, sertifikat kursları, bakalavr və magistr dərəcələri üzrə təhsil təklif edir. StudyEurope təhsil müddətində hər hansı çətinlik və problemi yaranan tələbələrin yanındadır. Avropada təhsilə marağın artdığı bir dövrdə British Academy StudyEurope layihəsi çərçivəsində bu önəmi və məsuliyyəti başa düşərək hər zaman sizin yanınızda olacaqdır. Studyeurope layihəsilə siz qısa bir vaxt ərzində Avropanın əksər universitetlərində təhsil ala bilərsiniz. 

Hədəfimiz Azərbaycandan olan tələbələrin  Avropanın öndə gedən universitetlərində yüksək keyfiyyətli təhsil almağına yardımcı olmaqdır. Layihəmiz çərçivəsində siz Avropanın istənilən ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə təhsil ala bilərsiniz. Seçdiyiniz universitetlərdə hər bir tələbəyə fərdi yanaşılacaq, bundan başqa siz yeni dostlar və yeni mühitlə tanış ola və dil biliyinizi artıra bilərsiniz.

Ünvan: C. Cabbarlı 44, Caspian Plaza 1, 4-cü mərtəbə, Bakı, AZərbaycan

Tel. +994 12 497 62 97

Mob. +994 70 279 75 17

E-mail: office@britishacademy.az

           office@studyeurope.az