DİL KURSLARI

2015-06-26 05:04:45

DİL KURSLARI

 

Xaricdə dil kursları təklif etdiyimiz ölkələr:

                           

           İngiltərə                                                       Amerika 

                          

               İspaniya                                                    Fransa

                          

                  Malta                                                 Almaniya

                                 

                                            İtaliya

Xaricdə Dil kursu təhsili sizə bir dilin vətənində yaşayaraq o dili öyrənmək imkanı verir. Dil öyrənmə imkanınız sadəcə sinifdə, dərsdə və testlərlə limitlənməyəcək, eyni zamanda siz dərsdən kənar cəmiyyətdə öyrənmək istədiyiniz dildə danışmaqla dil biliyinizi mükəmməlləşdirəcəksiniz.

Getdiyiniz ölkədə yaşamaq və insanlarla ünsiyyət qurmaq üçün tələb olunan dildə danışma məcburiyyəti sizi istədiyiniz dili öyrənməyə məcbur edəcək və söz bazanızı genişləndirməklə yanaşı sözlərin tələffüzünü də öyrənmək imkanı əldə edəcəksiniz. Kursun sonunda sertifikat almanız sizə gələcək təhsil və karyera həyatınızda uğurla addımlamağa imkan verəcək. Dünya və texnologiya inkişaf etdikcə beynəlxalq xarici dilləri öyrənmək bir məcburiyyət halı alır. Bu baxımdan insanlar müxtəlif metodlarla dil biliyini inkişaf etdirməyə çalışır. Xaricdə dil kursları ölkə daxilində dil öyrənməyə nisbətən daha səmərəli və sürətlidir.

Xarici dil öyrənmədə işin ən rahat tərəfi başlanğıcıdır, dil biliyi səviyyəsi artdıqca onu öyrənmə zamanı da buna paralel olaraq artmaqda davam edir. Tamamilə xarici bir mühitdə dil öyrənmə müddəti təxminən bir ildir, lakin intensiv dil kursları ilə bu müddəti 6 aya qədər azaltmaq olar. Xarici dil öyrənmənin ən asan yolu ilk növbədə daha çox öyrənmək istədiyiniz dildən istifadə etmək və ana dilindən az da olsa uzaqlaşmaqdır. Bir dildə danışmağın ən asan yolu o dildə düşünməkdir, bundan başqa İngiliscə və ya digər dillərdə deyilən sözləri ilk öncə Azərbaycan dilinə çevirib sonra verilən suala cavab verməkdən çəkinmək lazımdır. Bu həm uzun müddət tələb edir, həm də dil səviyyəsini artırmağa əngəldir.

Xarici dil öyrənmə məcburiyyəti müxtəlif səbəblərdən yarandığı üçün müxtəlif sahələr üzrə Xaricdə dil kursları fəaliyyət göstərir. Təhsilini xaricdə davam etdirmək istəyənlər üçün imtahan hazırlıq kursları (İELTS, TOEFL və s.), Dil səviyyəsini artırmaq, yeni mühitlə və insanlarla tanış olmaq istəyənlər üçün Ümumi ingilis dili (General English) işlə əlaqədar olaraq İşgüzar İngilis dili, Turizm, Hüquq, Tibb və digər sahələr üzrə İngilis dili kursları təklif olunur.

Xaricdə dil kursu təhsili almaq istəyirsinizsə gedəcəyiniz ölkəni diqqətli seçməlisiniz bu baxımdan Study Europe olaraq sizə yardımçı olacaq əməkdaşlarımız fəaliyyət göstərir. Proqramı seçdikdən sonra getmək istədiyiniz müəssisəyə müraciət və qəbul, yerləşmə, viza prosesində köməklik, vizadan sonra biletin bron olunması, gedəcəyiniz ölkədə qarşılanma və təhsiliniz boyu Study Europe əməkdaşlarının professional və pulsuz müştəri xidmətlərindən faydalanacaqsınız.