Məktəblər

2015-07-03 05:16:41

Məktəblər

Xaricdə orta məktəb təhsil proqramı tələbələrə orta təhsilini başa vurduqdan sonra qloballaşma imkanı verir. Orta təhsili boyunca xaricdə təhsil alan tələbələr sözün əsl mənasında zəngin həyat təcrübəsi qazanır ki bu da onların gələcək həyat və təhsil müddətində onlara çox yardımçı olacaq. Özünə güvən və dünyanı öyrənərək dərk etmək istəyən tələbələr üçün xaricdə orta məktəblər ən yaxşı seçimdir. Bu proqramı seçən şagirdlər müxtəlif mədəniyyətlərdən olan yoldaşları ilə tanış olma imkanı əldə edəcək ki, bu da onların dərslə yanaşı dünya görüşünü inkişaf etdirəcək.

Xaricdə orta təhsil almaq istəyən şagirdlər istəkdən asılı olaraq Yay, semestr və ya bir il boyunca təhsilini davam etdirə bilər. Yay proqramları tələbələrə yayı aylarını səmərəli, beynəlxalq səyahət təcrübəsi və yeni mədəniyyətlərlə tanış olma imkanı verir. Bu təcrübə tələbələrə yeni ölkələri kəşf etmək, dil biliyini artırmaq üçün əvəzolunmaz vasitədir (ola bilər ki, təhsil dilindən başqa dil də öyrənmə imkanı olsun).

Orta məktəbi uzun müddətli olaraq xaricdə keçmək istəyən tələbələr, yeni mədəniyyətlə qaynayıb-qarışmaq imkanı əldə edir. 5-6 ayı fərqli insanlarla, fərqli mühitdə keçirən tələbələr artıq həmin cəmiyyətin üzvünə çevrilir. Bu da tam fərqli bir təcrübə kimi şagirdlərin həyatına yazılır.

Bir illik orta təhsil proqramını seçən şagirdlər isə tam şəkildə dil biliyinə yiyələnir, yaşadığı cəmiyyətin və tanış olmadığı bir mühitin tam bir üzvünə çevrilir.

Study Europe aşağıdakı ölkələrdə orta məktəblər təqdim edir:

                        

                Amerika                                    Böyük Britaniya

  

      Skandinaviya ölkələri