UNİVERSİTETLƏR

2015-07-03 06:58:50

UNİVERSİTETLƏR

Xaricdə universitet oxumaq istəyən tələbələr üçün önəmli məlumatlar!!

  • Dünyanın ən yaxşı və ixtisaslaşmış universitetlərində təhsil fürsəti
  • Bir çox Avropa və Amerika Universitetləri üçün imtahan tələb olunmur
  • Bütün diplomlar beynəlxalq səviyyədə tanınır.
  • Sizə uyğun universitet və proqram seçimi, qeydiyyat işləri və təqaüd proqramları barədə məlumat
  • Təhsiliniz müddətində bütün növ müştəri xidməti

Avropada təhsil ala biləcəyiniz ölkələrin bəziləri:

Tərəfimizdən tövsiyə olunan Avropada təhsil ala biləcəyiniz bəzi proqramlar

  • Kompüter mühəndisliyi
  • Memarlıq
  • Biznesin idarə olunması
  • Hüquq
  • Beynəlxalq əlaqələr
  • İqtisadiyyat

Xaricdə universitet təhsilinin ən böyük avantajlarından biri uzun müddət fərqli mühitdə yaşamaq və həmin mühitin dilini mənimsəməkdir. Bu baxımdan təhsildən əlavə xaricdə universitet oxumaq dil öyənmənin ən asan yoludur.

Xaricdə universitet təhsili şərtləri ölkədən və universitetdən asılı olaraq dəyişsə də əksər universitetlərə qəbul imtahanı yoxdur. Lakin bu o demək deyil ki, istənilən universitetə və proqrama qəbul şansı 100 %-dir. Sadəcə olaraq tələbələr azad universitet və proqram seçiminə sahibdirlər. Xaricdə tələb olunan proqram və universitetdə təhsil almaq üçün lazım olan ən başlıca şərt yüksək qiymət ortalaması, xaricdə təhsil ala biləcək qədər xarici dil biliyi (əsasən ingilis dili), yaxşı yazılmış tövsiyə məktubu (reference letter) və s.

Xaricdə universitet oxumaq zaman baxımından da əlverişlidir. Bir çox ölkələrdə bakalavr dərəcəsi 3 ildir və əlavə olaraq da ingilis dili bilməyənlər üçün 1 illik hazırlıq (foundation) proqramı mövcuddur. Ölkəmizdəki təhsil ocaqlarının bir çoxunun təhsilini başa vurub əldə olunan diplomla xarici dil biliyimiz kifayət qədər olmayacaq və diplom beynəlxalq aləmdə tanınmayacaq. Lakin Avropada təhsil almaqla həm xarici dil biliyi, həm də beynəlxalq səviyyədə tanınan bir diplomunuz olacaq. Bundan başqa bezi ölkələr təhsili başa vurduqdan sonra tələbəyə iş təklifi edir. Beləliklə təhsil aldığınız ölkədə təhsilinizdən sonra işləmək imkanı əldə edirsiniz. Bundan sonra CV-nizə beynəlxalq tövsiyə məktubu əlavə olunaraq ölkəyə gələ bilərsiniz.

Hər kəsin bildiyi kimi gələcək iş və şəxsi həyatın formalaşması üçün universitet illərinin əhəmiyyəti böyükdür. Bu plan və proqram içində nəzəri və praktiki biliklərlə yanaşı yaşanan mühit və cəmiyyət tələbənin fikirlərinə ciddi təsir göstərir. Təhsil müddəti boyu tələbə yüzlərlə xarici tələbə ilə tanış olub mədəniyyətlərlə rastlaşır bu da onların hadisəyə baxış tərzini və dünya görüşünü formalaşdırır. Bu həm şəxsi inkişaf həm də iş həyatında böyük önəmə malikdir.

Mahiyyət etibarilə xaricdə təhsil hər bir şəxsin keçməsi lazım olan bir təcrübədir. Bu yolda Study Europe sizin doğru seçim etmənizə yardımçı olacaqdır