SERTİFİKAT KURSLARI

2015-06-05 09:29:27

SERTİFİKAT KURSLARI

Xaricdə MBA alternativ, daha çox praktika və iş yönümlü təhsil almaq istəyirsinizsə beynəlxalq dərəcəli diplom və  sertifikat proqramları sizə uyğundur. Daha qısa vaxt ərzində istədiyiniz vaxt sertifikat kurslarına başlaya bilərsiniz. Sizə uyğun olaraq Menecment, İnsan resursları, Mühasibat, Turizm və Otelçilik və digər sahələr üzrə sertifikatlardan birini seçə bilərsiniz.

Sertifikat Programları tələbələrə Amerikanın qabaqcıl şirkətlərində təcrübə keçmək imkanı təqdim edir. Bu tədqirdə aldığınız təhsili real iş dünyasında və daha ciddi bir mühitdə təcrübədən keçirə bilərsiniz. Üstəlik 9 aylıq proqrama qeydiyyatdan keçsəniz, Amerikada, qanuni olaraq bir il maaşlı iş icazəsinə sahib ola bilərsiniz. Bu zaman həm keyfiyyətli məktəblərdə bir il təhsil almış olursunuz, həm də Amerikada bir il iş təcrübəsi əldə edib, möhtəşəm bir CV ilə ölkənizə geri qayıdırsınız.

Xaricdə sertifikat proqramları ilə siz beynəlxalq səviyyədə tanınacaq və qəbul ediləcək sertifikat əldə edəcəksiniz. Proqramın sonunda təklif olunan staj imkanları ilə təcrübə keçəcək və beləcə CV-nizə əlavə edəcək sertifikat və təcrübə proqramı olacaq. Bunlarla yanaşı İngilis dili biliyiniz də inkişaf edəcək, işgüzar İngilis dili və ümumi İngilis dili biliyiniz qısa vaxt ərzində artacaq. Bütün bunlarla bərabər, fərqli ölkələrin, fərqli şirkətlərin və fərqli insanlara bələd olacaq və orada keçdiyiniz təcrübə proqramı ilə iş yerinizə yeniliklər gətirə biləcəksiniz.

Hazırda Magistr diplomları ilə eyni səviyyədə olan sertifikatlar şirkətlər tərəfindən daha çox rəğbət görür. Buna görə də sertifikat kursları həm vaxt baxımından həm də əhatə etdiyi sahəyə görə daha məqsədə uyğundur. Çox vaxtı olmayan lakin tez bir zamanda ixtisaslaşmaq istəyən şəxslər üçün sertifikat kursları əlverişlidir.

Magistr proqramları ilə müqayisədə sertifikat kurslarına qəbul daha asandır. Əgər Magistr dərəcəsi üçün yaxşı bal ortalaması, müvafiq bakalavr diplomu bunlarla bərabər GMAT, İELTS, TOEFL kimi imtahanlarda yüksək nəticə tələbə olunursa sertifikat kurslarında bu cür şərtlər yoxdur. Sertifikat kursları üçün hər hansı bir universitetdən məzun olmaq və TOEFL 79 (İBT) və ya İELTS 6.5 nəticəsi lazımdır. Qısaca Upper-İntermediate səviyyəsi sertifikat kursları üçün kifayətdir. Bunlarla bərabər ölkədən asılı olaraq tələblər dəyişə bilər.