Təqaüd

2015-06-05 09:32:03

Təqaüd

Təqaüdə proqramına müraciət etməzdən əvvəl proqram haqqında detallı məlumat əldə etmək lazımdır. Bu zaman sizi maraqlandıran əlavə sualları təqaüd təklif edən dildə qeyd emək lazımdır. Düzgün şəxsə rəsmi e-mail yazmaq və müraciəti qısa, ifadəli və sualı aydın ifadə etmək lazımdır. 

Təqaüd proqramına uyğunsunuzsa:

Təqaüd proqramının bütün şərtlərini detallı incələyib tələb olunan sənədlərin siyahısı tərtib edilməlidir. Sənədələşmə paralel şəkildə getməlidi, hər bir sənəd digərlərilə eyni vaxtda hazırlanmalı, hazırlanmış sənədlər yüksək keyfiyyətdə skan edilməlidir.

Sənədlərin qəbulunu internet üzərindən tələb edən təqaüd proqramlarına skan olunmuş sənədləri yükləyib online müraciət formunu doldurmaq lazımdır. Orjinal sənəd tələb edən proqramlar üçün isə sürətli poçt xidməti vasitəsilə 5 iş günü ərzində sənədlərin əslini göndərmək lazımdır. Sənədlər notarius təsdiqi ilə ya təqaüd proqramını təklif edən ölkənin dilində, ya da İngilis dilində tərcümə variantları ilə birgə göndərilməlidir. 

Müraciətinizə verilən cavabdan asılı olmayaraq verilən qərara hörmətlə yanaşıb təşəkkür e-maili ilə cavablandırmaq lazımdır.

Bunlardan əlavə müraciət olunan təşkilata yenidən müraciət etmək hüququnuz var.

Təqaüd proqramlarının araşdırılması,sənədlərin toplanması və digər prosedurlarda Study Europe olaraq daim tələbələrizin yanındayıq. Şirkət olaraq araşdırdığımız bir neçə təqaüd proqramını sizə təqdim edirik:

Almaniyada Təhsil Təqaüdü

Avstriyada Təhsil Təqaüdü

Avstraliyada Təhsil Təqaüdü