VİZA

2015-06-05 23:44:02

VİZA

Viza — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir.

Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışqan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada qeyd olunanlar:

  • vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr;
  • girişin ilk günü və qalmanın son günü tarixi;
  • verilmə yeri və tarixi;
  • vizanın növü;

Hər bir ölkənin viza almaq və vermək üçün öz qaydaları və tələbləri var. Bir çox ölkələrdə əgər səfərin məqsədinin elan olunmuş niyyətə uyğun gəlməməsinə dair şübhə olarsa immiqrasiya nəzarəti həqiqi vizaya malik şəxsin ölkəyə girişinə icazə verməyə bilər.

Viza növləri: adi (bura tranzit vizasını da daxil etmək olar), xidməti və diplomatik. Vizalar giriş — çıxış dəfəliyinə görə də fərqlənir: birdəfəlik, ikidəfəlik, üçdəfəlik və çoxdəfəlik. Xidməti və diplomatik istisna olmaqla, viza verilməsi üçün daxili qanunla və ya beynəlxalq müqavilə ilə müəyyən edilmiş qaydada rüsum alınır.
Vizasız rejim birtərəfli qaydada, eləcə də qarşılıqlı olaraq yaradıla bilər (ikitərəfli və ya çoxtərəfli sazişə əsasən, məsələn, Şengen zonası).

Henley viza məhdudiyyətləri indeksinin 2012-ci il nəşrinə görə, Azərbaycan vətəndaşları ümumi Azərbaycan pasportu ilə sərhəd qapısında viza alaraq və ya vizasız 57 ölkəyə səyahət edə bilərlər, və bunlardan 31-inə vizasız girə bilərlər.

Viza prosesi viza alınacaq ölkədən asılı olaraq dəyişir. Hər hansı ölkədən viza almaq üçün sizə uyğun viza növünü seçməli və vizaya lazım olan sənədləri toplamaq lazımdır.

Bəzən sənədlərin düzgün toplanmamsı, bəzən düzgün tərcümə olunmamsı və digər səbəblərdən viza tələbi qəbul edilmir. Study Europe olaraq sizə təhsil almaq istədiyiniz ölkəyə getmək üçün viza prosesində sizə professional köməklik göstəriləcək.

Ətraflı məlumat üçün:

Office@studyeurope.az

(+994 12) 497 62 97

(+994 55) 261 41 68