Bizimlə əməkdaşlıq

2015-06-05 23:46:21

Bizimlə əməkdaşlıq

 

Fəaliyyətə başladığımız dövrdən Azərbaycanın ən güclü və prestijli Avropada təhsil layihəsi olmağı rəhbər tutub yalnız tələbələrlə deyil eyni zamanda şirkətlərlə də əməkdaşlıq edərək təhsil və kariyerada inamla addımlamağa yardım etmək fikrindəyik. Əməkdaşlarımız təkcə Azərbaycan daxilində deyil eyni zamanda ölkədən kənar şirkətlər və qurumlar da ola bilər. Biz düşünürük ki, bu əməkdaşlıq tərəflər üçün müsbət nəticə verəcəkdir. Studyeurope şirkətlərlə korporativ işləməyi nəzərdə tutaraq gələcəkdə yeni layihələrə imza atacaqdır. Layihəmiz çərçivəsində tələbə dəyişim proqramını həyata keçirmək istəyirik. Bu proqram vasitəsilə həm xarici tələbələrə Azərbaycanda, həm də azərbaycanlı tələbələrə Avropada keyfiyyətli təhsillə təmin edəcəyimizə əminik. Bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın (office@studyeurope.az). Fikirləriniz bizim üçün önəmlidir.

Əməkdaşlıq şərtləri:

  1. təmsilçilik
  2. subkontrakt əsasında tələbələrin sənədləşmə işlərinin görülməsi
  3. güzəştli personal kursları