Səmra Qasımzadə

2015-06-04 08:10:30

Səmra Qasımzadə

 

Bütün uşaqlıq illərində İngilis dilini öyrənib xaricdə təhsil almaq uşaqlıq arzum idi. Xaricdə təhsil alan dostlarımın hekayələri mənə ilham verdi. Dostlarım kimi oxumaq arzusu ilə mən Bakıda yerləşən bir sıra təhsil kampaniyalarına müraciət etməyə başladım. Hansı ölkədə hansı ixtisas üzrə təhsil alacağımı qərar verə bilmirdim. Nəhayət mən öz seçimimi British Academy kampaniyasında saxladım. Bu kampaniya məni xaricdə təhsil imkanları haqqında kifayət qədər məlumatlandırdı. Kampaniya mütəxəssisləri mənim üçün dünyada ən yaxşı universitetlərini seçdilər. Bu universitetlərin tələblərindən və hər ölkənin işə düzəlmə imkanlarından danışdılar. Mən onların dəstəyi və məsləhəti ilə bu qərara gəldim ki, Ingiltərədə Newcastle universitetində "HR" üzrə təhsil alım. British Academy kampaniyasının menecerlərinin göstərdiyi qayğı məni heyran etdi və mən çox məmnun qaldım.