Tiflis Tibb Universiteti

2015-07-11 15:58:07

Tiflis Tibb Universiteti

Universitet rəsmi olaraq Gürcüstan padşahı Memar Davidi anma günü olan 8 Fevral 1918 tarixində yaradılıb. O zamandan bəri bu tarix ölkə tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olaraq keçirilir.

Universitetin ilk rektoru professor Petre Melkishvili, tibb fakültəsinin qurulmasını aktiv olaraq dəstəkləyirdi. "Gürcüstanlı Həkimlər və Təbii Elmlər Birliyi" konfransında (12 oktyabr 1917), tibb və təbii elmlər fakültəsinin açılmasının vacibliyi haqqında düşüncələrini bölüşürdü.

27 Fevral 1918-ci ildə Universitet professorları Fakültə heyəti, Tibb Fakültəsinin qurulması lazım olduğunu qəbul etdi. 17 İyunda Gürcüstanlı Həkimlər və Təbii Elmlər heyəti, Prezident Spiridon Virsaladze öndərliyində Riyaziyyat-Təbii Elmlər və Tibb fakültəsinin açılmasına qərar verdi.

10 iyun 1930-cu ildə Tiflis Dövlət Universitetnin əsası qoyuldu və Tiflis Dövlət Tibb Universiteti quruldu. Bu, Gürcüstandakı Yüksək Tibb Təhsili və Tibb elmlərinin inkişafı üçün çox güclü bir təşviq oldu.

Bu günə qədər Tiflis Dövlət Tibb Universitetində beş fakültə açılmışdır: Tibb, Ağız Elmi, Əczaçılıq, Xalq Sağlamlığı, Fiziki Müalicə və Reabilitasiya. Tiflis Dövlət Tibb Universitetində dörd Yüksək Təhsil Proqramı verilməkdədir: Ümumi Laborant Təhsil, Ginekologiya, Tibbi Avadanlıq Mühəndisliyi və Əczaçılıq Mühəndisliyi.

24 Noyabr 1992-ci il Gürcüstan Tibb Təhsili üçün tarixi bir gündür. Yeni dövr, Tiflis Dövlət Tibb İnstitutunun Tiflis Dövlət Tibb Universitetinə çevirilməsi ilə başladı.

Tiflis Dövlət Tibb Universiteti, ilk qurulduğundan bəri 21.yüzyıl tibb təhsilini inkişaf etdirməyə çalışmışdır. 1997-ci ildə universitet 100% nəticə göstərən bir

tədris metodu strategiyası inkişaf etdirmişdi. Bu strategiya Avropalı mütəxəssislərin təkliflərinə əsaslanaraq hazırlanmışdır. Nəticə olaraq, universitet Avropa Tibb Təhsili Birliyi (Atebe) və Dünya Tibb Təhsili Federasiyası (DTEF) üzvü; Şərqi Avropa Tibb Təhsili Birliyinin də (DATEB) qurucu ortağıdır.

2006-ci ildə, bir tərəfdən Gürcüstan Yüksək Hüquq Təhsili ehtiyacı, digər tərəfdən tibb təhsil sistemini dəyişdirmək üçün Avropa və dünya səviyyəsində tibb təhsilinin üstünlüklərini uyğunlaşdırma ehtiyacı tibb ictimaiyyətini hədəflənən çətinliklərlə üz-üzə gətirmişdir.

2007-ci ildə Tiflis Dövlət Tibb Universiteti, Müalicə Fizika Əmək və Dövlət Mədəniyyət Fizika və İdman Reabilitasiya Fakültələrini bir araya gətirdi.

Çox əhəmiyyətli olan bu birləşmə, 2006 və 2007-ci illərdə akademik mövqe vəzifəsi üçün edilən yarışma ilə dəstəkləndi. Son yarışma sonunda 371 akademik personal var idi: TDTÜ 'dəki professor, dosent və köməkçi dosent. Bunların yanında, dəvət edilən 350 müəllim də akademik təhsil ili içərisində yer aldı.

Tiflis Dövlət Tibb Universiteti 40-dan çox universitet və mərkəzlə əməkdaşlıq içərisindədir.

Tibb: (İngilis) 5000 $

Diş Həkimliyi: (İngilis) 3000 $

Əczaçılıq: (İngilis) 3000 $

Fiziki müalicə: (İngilis) 3000 $

Hazırlıq: (İngilis) 2500 $

Hazırlıq: 1700 $ (İngilis)