Sankt-Peterburq Dövlət Universiteti

2015-12-05 07:39:54

Sankt-Peterburq Dövlət Universiteti

Sankt-Peterburq Dövlət Universiteti 1724-cü ildə Böyük Pyotr tərəfindən yaradılan ən qədim universitetlərdən biridir. Sankt-Peterburq Dövlət Universiteti elm və mədəniyyət sahəsində bir çoxunun təhsil aldığı və çalışdığı, eyni zamanda aralarında 8 Nobel mükafatçısının da yer aldığı bir universitetdir.

Bugün Sankt-Peterburq Dövlət Universiteti akademik dərəcəsi olan 4500 dosentlə birlikdə 30000-dən çox tələbəyə 22 fakultə üzrə təhsil təklif edir. Universitet Rusiya (Gazprom Rusiya, Siberbank və s.) və Avropanın (İBM, Carl Zeiss, Microsoft və s.) öndə gedən şirkətləriylə uzunmüddətli anlaşma bağlamışdır ki, bu da tələbələrin məzun olduqdan sonra rahat bir şəkildə işlə təmin olunması deməkdir.

Digər universitetlərdə olduğu kimi Sankt-Peterburq Dövlət Universitetində də bakalavr təhsli 4 il, magistr təhsili isə 2 ildir. Proqramların çoxu Rus dilindədir. Rusiyada təhsil almaq istəyən və dil bilikləri zəif olan tələbələr üçün Rus dili və Mədəniyyəti İnstitunda əcnəbi tələbələr üçün dil kursları təşkil olunur.

Kurslar qrup və fərdi şəkildə təşkil olunur. Qruplar 8-12 nəfərlik olmaqla təşkil olunur və həftədə 20 akademik (1 akademik saat = 45 dəq.)saat olmaqla tədris olunur. Hazırlıq kurslarında dərs müddəti 10 aydır. Dərslər interaktiv bir şəkildə video və kompyuterlərdən istifadə olunmaq tədris olunur.

Sankt-Peterburq Dövlət Universiteti tələbələrə Petrodveorets Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin tələbələri üçün yaradılan tələbə yataqxanasında yerləşmə təklif edir. Bura 12 yerləşmə bloku, istirahət və sağlamlıq mərkəzləri, bufet, çamaşırxana, 3 oyun stadionu, fitness və 5 tədris binasından təşkil olunmuşdur.

Bundan başqa universitetdən 20 dəqiqəlik məsafədə Benua House tələbə yataqxanası da universitetin tələbələri üçün təklif olunan yerləşmə variantlarından biridir.

Fakultələr:

Fizika və Riyaziyyat elmləri

Təbiət elmləri

Sosial elmlər

Tibb

Mədəniyyət və İncəsənət

İqtisadiyyat və İdarəetmə

Xidməti sektor

Kompyuter Elmləri və mühəndisliyi