Nijniy Novqorod Tibb Universiteti

2015-12-05 08:53:30

Nijniy Novqorod Tibb Universiteti

Nijniy Novqorod Tibb Universiteti Sahəsinə görə Rusiya və Avropanın ən yaxşı təhsil müəssisələri arasında yer alır. 1920-ci ildə Nijniy Novqorod Tİbb Fakultəsi olaraq fəaliyyətə başlayan müəssisə 1930 cu ildən bəri müstəqil universitet kimi fəaliyyət göstərir.

Əcnəbi tələbələr Ümumi tibb, Diş həkimliyi, Əczaçılıq kimi sahələr üzrə təhsil almaq üçün müraciət edir. Rus dilini bilməyən tələbələrə hazırlıq təklif edilir ki, burada da tələbələrə rus dili ilə yanaşı kimya, fizika və biologiya kimi əsas mövzularda dərslər keçirilir.

Proqramlar

 Müddət
Hazırlıq Kursu (Rusca)                1 il
Ümumi Tibb (Rusca və İngiliscə)                6 il
Diş həkimliyi (Rusca və İngiliscə)                5 il
Əczaçılıq (Rusca)                5 il

Bakalavrla yanaşı tələbələrə magistr təhsili də təklif olunur. Nijniy Novqorod Tibb Universitetində tələbələr aşağıdakı sahələr üzrə magistr, assistent və PhD təhsili ala bilər:

  • Uşaq xəstəlikləri
  • Radioterapiya və Radiodiaqnostika
  • Cərrahiyə
  • Travmatologiya
  • Ürək - damar xəstəlikləri
  • İnfeksiya xəstəlikləri
  • Sinir xəstəlikləri
  • Epidemalogiya
  • Diş həkimliyi

Nijniy Novqorod Tibb Universitetində 76 professor və 146 dosentin olduğu 722 nəfərlik müəllim heyəti fəaliyyət göstərir.

Tələbələr üç binada və iki nəfərlik otaqlarda yerləşdirilir. Otaqlar lazım olan ləvazimatlarla təchiz olunmuşdur.