V.N Karazin adına Xarkov Dövlət Universiteti

2015-12-05 09:58:12

V.N Karazin adına Xarkov Dövlət Universiteti

V.N Karazin adına Xarkov Dövlət Universiteti Şərqi Avropanın ən qədim ali təhsil ocaqlarından biridir.Ukrayna və onun kənarlarında ali təhsil sisteminin yaranma və inkişafında Karazin Universiteti böyük rol oynamışdır.Karazin Dövlət Universitetinin əsası 1804 cü ildə qoyulmuşdur.Fəaliyyət göstərdiyi müddətdə bir sıra alimlər,incəsənət və elm xadimləri yetişdirmişdir.I.Meçnikov,L. Landau,N.Kostomarov,N.Barabaşov ,A.Lyapunov və s. kimi adlar Universitetlə bağlıdır.

Xarkov Dövlət Universitetində hal hazırda 16000 tələbə təhsil alır.Universitetdə 115 ixtisas üzrə tələbə hazırlayan 20 fakultə fəaliyyət göstərir. Universitetin bazası əsasında :Dövlət huquq Akademiyası,Xarkov Tibb Universiteti ,Xarkov Pedoqoji Universiteti,Xarkov İqtisad Universiteti ve başqa ali təhsil ocaqları formalaşmışdır.Xarkov Dövlət Universitetinin alimleri ABŞ, Kanada ,Rusiya ,Almaniya, Türkiyə Çin, İngiltərə, Azərbaycan və s ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir.

2011 ci il 24 iyun tarixində Xarkov Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.Saziş Xarkov Dövlət Universitetinin birinci prorektoru Aleksandrov Vladimir Vladimiroviç və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən imzalanmışdır.