İstanbul Universiteti

2015-08-26 07:00:33

İstanbul Universiteti

 İstanbul Universiteti Fateh Sultan Mehmetin İstanbulu fəth etdiyi günün ertəsi, 30 may 1453-cü ildə qurulmuşdur. Dünyanın ən qədim 20, Avropanın ən qədim 10 universiteti sırasındadır. Türkiyə Cümhuriyyəti universitetləri arasında dünyanın ən yaxşı 500 universiteti sıralamasına girən ilk Türkiyə universitetidir. Bu siyahıda 2006-2007-ci və 2007-2008-ci illərdə yer almışdır. Universitetdə 48 min 100 tələbə tədris alır.
Quruluşun memarları olan müəllim heyəti 29 may 1934-cü ildə qəbul olunmuş 2467 saylı qərarla ləğv edilmiş Darülfünundan gələnlər, Cümhuriyyət dönəmində qərbdə təhsil almış olanlar və xarici müəllimlər idilər.
           Alman hüquq tarixçisi Riçard Honig İstanbul Universitetinin tarixinin 1 mart 1321-ci ilə qədər uzandığını ifadə edirlər. Bugünkü mərkəzi binanın olduğu təpədə qurulan, Roma universitetləri ilə bərabər səviyyədə olan, tibb, hüquq, fəlsəfə və ədəbiyyat fakultələrindən ibarət bu universitet, əslində İstanbulda universitet təhsilinin başlanğıcı sayılmaqdadır.
Türk araşdırmaçıları isə İstanbul Universitetinin yaranma tarixinin 1453-cü il olduğunu bildirirlər. Həqiqətən, fəthin ertəsi günü 30 may 1453-cü ildə Anasofiya və Zeyrəkdə edilən elmi toplantılar “Türk-Osmanlı elmi yaşamının” ilk günü kimi qəbul edilməkdədir.
Bugün İstanbul Universiteti 6 Sentyabr 1981-ci il tarixli 2547 saylı qanunun hökmlərinə tabe olaraq fəaliyyət göstərməkdədir.