Lomonosov adına Moskva Dövlət Universitetinin

2015-12-05 08:43:27

Lomonosov adına Moskva Dövlət Universitetinin

Universitet professional və təhsilli kadrlar yetişdirməyi qarşısına məqsəd qoyduğu üçün hər il fakultələr tələbələrə yeni proqramlar təklif edir və öz üzərində işləyir. Universitetdə bakalavr dərəcəsi 4 il, magistr dərəcəsi isə 2il olmaqla tədris olunur.

Universitetdə tədris prosesi tələbələrin bilik və bacarıqları ilə akademik proqramın vəhdəti şəklində təşkil olunur. Adətən birinci və ikinci illərdə teorik dərslər tədris olunur, artıq üçüncü ildən etibarən isə dərs yükü artır və ixtisas yönümlü dərslər tədris edilir. Bundan başqa tələbələrə azad seçim hüququ verilir ki, özlərinə uyğun seminarlara qoşulsunlar.

Lomonosov adına dövlət universitetində bakalavr təhsili 4 və ya 6 il olur. Təhsil tamamlandıqdan sonra isə tələbələr özlərinin azad şəkildə etdiyi araşdırma nnəticəsində diplom müdafiəsi həyata keçirir. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları hazırda öz sahələrində sözünü demiş şirkətlərdə çalışır.

İkili diplom

Proqram 3 il davam edir. Birinci kursu bitirən tələbələr kursun sonunda ABŞ-ın Washington George Mason universitetinin iqtisad fakultəsinə daxil ola bilərlər.

İqtisadiyyat və idarəetmə Dərəcəs Proqramı

  •  Lomonosov adına Moskva Dövlət Universitetinin və ABŞ-ın İqtisadiyyat diplomu
  • 4 il ərzində həm Rusiya, həm də Amerikanın bakalavr dərəcəsinin diplomu
  • İlk gündən prestijli universitet tələbəsi olmaq
  • Amerikada yaşamaq və təhsil almaq, eləcə də Amerika təhsil sisteminin tələbəsi olmaq və bununla bərabər iki il  Lomonosov adına Moskva Dövlət Universitetinin dərslərində də iştirak etməklə həm Rus həm də İngilis dili səviyyənizi inkişaf etdirə bilmə şansı
  • Diplom aldıqdan sonra Rusiya və Amerikada iş sahibi olma şansı

Fakultələr

  • Mexanika və Riyaziyyat fakultəsi
  • Fizika
  • Kimya
  • Biologiya
  • Biomühəndislik və Bioinformasiya
  • Geologiya
  • Ümumi Tibb
  • Tarix
  • Filologiya
  • İqtisadiyyat
  • Hüquq
  • Psixologiya
  • Dünya Siyasəti
  • Beynəlxalq təhsil mərkəzi
  •