Odessa Dövlət Politexnik Universiteti

2015-12-04 10:02:10

Odessa Dövlət Politexnik Universiteti

Odessa Milli Politexnik Universiteti 1918-ci ildə yaradılıb. Maddi texniki bazasi, professor müəllim heyətinin calışqanlığı sayəsində reytinqinə görə Odessanın birinci, Ukraynanın ali məktəblərinin siyahısında isə 8-ci yerdədir. 22 korpus, 11 yataqxana, mədəniyyət sarayı, idman kompleksi, stadion, sanatoriya və klinikaya malik universitetdə 100-dən çox elmlər doktoru və professor çalışır. 10 mindən çox tələbə kontingentinə sahib ali təhsil müəssisəsində müxtəlif xarici ölkələrdən mindən çox xarici tələbə təhsil almaqdadır. Universitetdə aşağıdakı institutlar fəaliyyət göstərir:

Radioelektronika və telekommunikasiya

Sənaye texnologiyaları, dizayn və menecment

Maşınqayırma

Kompüter sistemləri

Energetika Elektromexanika Biznes,

iqtisadiyyat və informasiya texnologiyaları

Tibbi mühəndislik

 

Bunlardan başqa universitetdə kimya texnologiyaları və humanitar fakültələr də mövcuddur. Universitetin nəzdində Odessa avtonəqliyyat kolleci də fəaliyyət göstərir. Yuxarıda adı qeyd olunan institutların nəzdində müfafiq olaraq uçot-audit, menecment, avtonəqliyyat, maşınqayırma, farmaçevtika, energetika və digər müxtəlif ixtisaslar üzrə ali təhsil almaq olar. Bütün ixtisaslar üzrə qiyabi təhsil xarici tələbələr üçün illik 1500 ABŞ dollarıdır. Əyani ixtisaslar üçün illik təhsil haqqı 1800 ABŞ dolları, iqtisadi ixtisaslar üçün isə 2000 ABŞ dollarıdır. Əyani tələbələr bundan başqa illik 400 dollar ödəməklə universitetin yataqxanasında məskunlaşa bilərlər. Tibbi, deportasiya siğortaları və oturum üçün ödənilən məbləğ 150 ABŞ dollarıdır. Odessa Milli Politexnik Universitetinin məşhur məzunları arasında futbolsevərlərin yaxşı tanıdığı, SSRİ-nin əməkdar məşqçisi, Ukrayna qəhrəmanı, FİFA-nın və Ukraynanın bir neçə orden medal və mükafatlarına sahibi, 1976-cı il Avropa çempionatının gümüş mükafatçısı, 2 dəfə "Dinamo" Kiyev komandasının məşqçisi kimi Kuboklar Kubokunun, Avropa Superkubokunun sahibi olmuş əfsanəvi məşqçı Valeri Lobanovski də var!