Sakarya Universiteti

2015-12-04 09:53:58

Sakarya Universiteti

Sakarya Universiteti Türkiyənin ən prestijli dövlət universitetlərindən biridir. Universitet Türkiyədə ilk dəfə olaraq İSO keyfiyyət sertifikatı almış təhsil müəssəsidir. Universitet 1970-ci ildən bu yana dünya standartlarında təhsil təklif edir.

Sakarya unversiteti tərkibində 4 institutla  13 fakultə üzrə təhsil imknaları təqdim edir. Universitet iki tip: kamp və uzaqdan təhsil olmaqla tədris metodu təklif edir.

Üniversitetdə qəbul elan olunan fakultələr:

  • Kompyuter mühəndisliyi
  • Proqramlaşdırma mühəndisliyi
  • Kompyuter müəllimliyi
  • Cografiya
  • Fəlsəfə
  • Kimya
  • Statistika
  • Hüquq
  • Memarlıq
  • Şəhər və bölgə planlaşdırılması
  • Alman dili və ədəbiyyatı
  • Arxeologiya
  • Beynəlxalq münasibətlər
  • Turizmin idarə olunması
  • İctimaiyyətlə əlaqələr və reklam
  • İnşaat mühəndisliyi
  • Elektronika mühəndisliyi
  • Qida Mühəndisliyi
  • Radio Televiziya və Kino
  • İlahiyyat

Bugün universitetin şəhərciyində 4 Labaratoriya binası, kiçik futbol meydançası, 2 Tennis kortu, Hüquq Fakultəsi dərslik binası yerləşir. Universitetin tərkibində tələbələrin istifadəsi üçün geniş kitabxana yerləşir, bundan əlavə olaraq tələbələr elektron kitabxandan da istifadə edə bilərlər.

Universitet rəhbərləri müasir təhsilin cəmiyyətdəki rolunu anlayaraq, müasir texnologiya ilə təhsilin vəhdəti olaraq tədris sistemi təsis ediblər. Misya olaraq cəmiyyətə və dövlətə yararlı ixtisaslı kadrların hazırlanması, yüksək xidmət və texnoloji yenilik yaratmaqdır.