British Academy

2015-09-11 08:58:15

British Academy

British Academy müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq təhsildə və digər xidmətlərində yenilikləri tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən bir şirkətdir. “British Academy”nin missiyası optimal müasir texnologiyanı tətbiq etməklə, dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.

Missiyamız

“British Academy”nin missiyası optimal müasir texnologiyanı tətbiq etməklə dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.

Hədəfimiz

Bizim hədəfimiz Azərbaycan Respublikasında müştərilərimizin müasir avadanlıqlar, yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin olunmalarına yardım edən aparıcı bir şirkət qurulmasıdır. Bizim hər bir müştərimiz professional və keyfiyyətli təhsil və xidmətlərlə təmin ediləcəyinə əmin ola bilər.

Komandamız

“British Academy”nin işçi heyəti yüksək səviyyədə ünsiyyətcil, bacarıqlı, müasir təhsil görmüş, tanınmış yerli və xarici universitetlərin məzunları, müəllimləri, yerli və xarici şirkətlərdə məsul vəzifələrdə çalışmış işçilər və mütəxəssislərdən ibarətdir.

Üstünlüklərimiz

  • Müxtəlif sahələr üzrə əhəmiyyətli təcrübə
  • Qərarların qəbulu zamanı yüksək çeviklik və effektivlik
  • İşçilərin yüksək peşəkarlığı
  • Güclü texniki dəstək xidmətləri
  • Operativ şəkildə materiallarla təchizolunma
  • Hər tələbəyə fərdi yanaşma
  • Rahat ödəniş sxemləri
  • Müştəridən əvvəl verilən qərarlara görə məsuliyyət
  • Yüksək nəticə göstərmiş tələbələrimizə güzəştlər

 

British Academy aşağıdakı xidmətləri təklif edir:

 

TƏLİMLƏR

  • PR – İctimaiyyətlə Əlaqələlər
  • HR – İnsan Resursları
  • Marketinq
  • Beynəlxalq Mühasibatlıq
  • Milli Mühasibatlıq
  • Hüquq (bütün sahələr)
  • Reklam işi (Advertising)
  • Nitq Mədəniyyəti
  • Bank işi
  • Biznes vərdişləri
  • İnformasiya Texnologiyaları
  • Maliyyə Uçotu
  • Menecment

XARİCİ DİL KURSLARI

  • Standart kurslar
  • İntensiv kurslar
  • İxtisaslaşmış xüsusi kurslar
  • Danışıq klubları

“British Academy”də kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Sizə həmçinin Amerikalı mütəxəssislər tərəfindən tədris olunan ingilis dili kursları da təklif edirik.

KOORPERATİV MÜŞTƏRİLƏRƏ XÜSUSİ TƏKLİFLƏR

British Academy öz əməkdaşlarının bilik səviyyələrinin artırılmasında marağı olan bütün təşkilatlar üçün «Xüsusi Təkliflər» proqramı hazırlamışdır. Bu proqram sizə, başqa proqramlardan fərqli olaraq, vaxtınıza qənaət edərək, ancaq müəyyən istiqamətdə biliklər əldə etməyə kömək edəcək. Burada müəssisənin fəaliyyət sahəsi, əməkdaşlarının vəzifə spesifikası, asudə vaxtı nəzərə alınır. Biz müasir bazarın tələblərini nəzərərə alaraq ən müasir peşə sahələri üzrə ixtisaslaşma kursları təqdim edirik.

XARİCDƏ TƏHSİL

British Academy xaricdə təhsillə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Xarici universitetlərdə təhsil (bakalavr, magistratura, aspirantura)
  • İxtisasartırma kursları
  • Yay və qış düşərgələri
  • Dil kursları (ingilis, alman, fransız, ispan, italyan, çin, yapon və s.)
  • Sertifikat kursları (TOEFL, IELTS, GMAT, GRE, SAT və s.)

Rəsmi veb səhifə: British Academy

Ünvan: C.Cabbarlı 44. Caspian Plaza 1, 4-cü mərtəbə, Bakı, Azərbaycan

Tel. +994 12 497 62 97

Mob. +994 70 279 75 17

E-mail: office@britishacademy.az

 office@studyeurope.az