Autonomous University of Barcelona

2015-10-10 10:15:18

Autonomous University of Barcelona

 Universitat Autònoma de Barcelona özünün akademik kollektivi, təhsil və tədqiqat sahəsində mükəmməlliyi ilə Avropada tanınır. UAB Aralıq dənizi sahilində yerləşən Barselona şəhərinin mərkəzindən ictimai marşrutla yalnız 25 dəqiqəlik məsafədə yerləşir. Universitetin əsas düşərgəsi Şərqi Avropanın sənayə və texniki mərkəzi olan Bellaterrada yerləşir.

UAB universite həyatının bütün aspektlərini qarşılayır. Düşərgə 50.000 nəfərlik sakini- tələbələr, müəllimlər, tədqiqatçılaar və idarə heyəti ilə-  kiçik şəhərə bənzəyir. Düşərgə lazım ola biləcək hər bir şeylə təmin olunmuşdur: 2600 çarpayılıq rezidensiya, dil öyrənmə mərkəzləri, ixtisaslaşdırılmış kitabxanalar idman imkanları, səhiyyə mərkəzi, restoran, mağaza və kafelər.

UAB-də bakalavr dərəcəsi üzrə 81 ixtisas təklif olunur. Bu göstərici beynəlxalq səviyyədə böyük ola bilər amma beynəlxalq tələbələrin qəbulu üzrə universitetdə kifayət qədər təhsil alan xarici tələbə var (1143 beynəlxalq bakalavr dərəcəsi üzrə təhsil alan tələbə). Biznesin Menecmenti və İdarə edilməsi, İqtisadiyyat, İbtidai Təhsil və Turizm üzrə təklif olunan proqramlar tamamilə İngilis dilindədir və bir çox digər fənlər də İngilis dilində təklif olunmaqdadır.

Universitet öz tələbələrini könüllü fəaliyyətə və kommunikasiya xidmətlərinə həvəsləndirir və digər müəssələr tərəfindən tanınır.

Universitetin tələbələrin dəyişik proqramlarda iştirakını və işə cəlb edilmələrinə köməklik göstərdiyi üçün beynəlxalq tələbələrin diqqətini çəkir. Bu sahədə daha çox üstünlük verilən proqram isə ERASMUS-dur.

Bakalavr dərəcəsi üzrə Universitetin İllik təhsil haqqı 2000 - 4000 ABŞ dolları təşkil edir.

  • 2015-2016-cı tədris ili üçün sənədlər 19.10.2015-ci il tarixinə qədər qəbul olunur
  • 2016-2017-ci  tədris ili üçün sənədlər 20/10/2015-ci il tarixindən etibarən qəbul olunur