Les Roches Marbella

2015-12-04 09:53:12

Les Roches Marbella

BBA in International Hotel Management 

Dərəcə: Bakalavr

Müddəti: 3.5 il (7 semestr)

Başlama tarixi: Yanvar/Fevral və İyul/Avqust

BBA in International Hotel Management əla akademik nəzəriyyənin real-dünyəvi təcrübə ilə birləşməsidir. Tədris olunan bir çox fərqli dərslərlə siz biznesin idarə olunması, dil bilikləri və digər istiqamətlərdə təhsilinizi inkişaf etdirmiş olacaqsınız. Sonuncu 6 və 7ci semestrlərdə siz  strateji və idarəetmə bacarıqlarınızı inkişaf etdirib, seçdiyiniz biznes sənayesi üzrə ixtisaslaşırsınız.

Tələbələr 1-ci və 3-cü semestrlərdə servis sənayesi ixtisasları üzrə dərs keçib, 2ci semestrdə bununla bağlı təcrübə keçirlər. Bunun əsas məqsədi - gələcəkdə idarəçi mövqeyində çalışacaq olan insanın işçilərinin nə iş gördüyünü bilmək bacarığının olmasıdır. 4cü, 6cı və 7ci semestrlərdə inzibati və idarəetmə dərsləri keçirilir. 2ci və 5ci semestrlərdə təcrübə keçən tələbələr maaş alırlar. Təcrübənin müddəti 6-9 ay çəkir.

BBA in International Hotel Management bitirdikdən sonra siz aşağıdakı ixtisaslar üzrə mütəxəssis olursunuz:

  1. Strategic Human Resources Management
  2. Entrepreneurship & SME Management
  3. Event Management
  4. Resort Management

Strategic Human Resources Management

Qonaqpərvərlik insanla insan arasında sənayedir. İnsanları anlamaq, mənbələmək, idarə və təltif etmək üçün bütün bizneslər  "strategic human resources management" bacarığından istifadə etməlidirlər. Bu uzaqgörən BBA ixtisası sizə insanların və təşkilatların ehtiyaclarının uğurla idarəedilməsi bacarığını öyrədəcək. 7-ci semestrdə aşağıdakı dərsləri keçəcəksiniz.

  • Integrating the Organization and People
  • People Management Tools: HR 2.0
  • Talent and Leadership Management

Entrepreneurship & SME Management

Əgər siz böyük hotel şəbəkəsində çalışmaq və ya general otel idarə etmə və ya öz biznesinizi qurmaq istəyirsinizsə "Entrepreneurship & Small and Medium Enterprise Management" ixtisası sizin üçündür. Siz biznes məqsədlirini qarşılamaq və aşmaq üçün strateji marketing, maliyyə obyektləri və lahiyələrin inkişafı biliklərinizi inkişaf etdirəcəksiniz. 7ci semestr aşağıdakı dərsləri keçəcəksiniz.

  • SME Business Planning
  • SME Management
  • Personal effectiveness & creativity

Event Management

Tədbirlər sənayesi (Olimpiya oyunları, idman yarışları, konsertlər və s.) qlobal olaraq çiçəklənir. Qonaqpərvərlik, turizm, istirahət və idman sənayesində tədbirlərin idarə olunması da məşhurlaşır. "Event Management" ixtisası sizə tədbirlərin idarə olunmasının əsaslarını anlamağa yardım edəcək ki, siz istənilən növ tədbirləri - korperativ görşmələr, sərgilər və konfranslar, festivallar və idman hadisələri effektli planlayıb, çatdırasınız. 7ci semestr aşağıdakı dərsləri keçəcəksiniz.

  • Introduction to Event Management
  • Convention and Trade Fair Planning
  • Protocol and Event Management/Protocol and Etiquette

Resort Management

Qloballaşan turizmin görünməmiş rəqəmlərə çatması ilə  turistlər üçün əsas seçim hər-şeyin daxil olduğu səyahət təcrübəsinin verdiyi kurortlardır. Dünyanın öndəgələn otel şirkətlərinin onların kurort əməliyyatlaırını idarə edə biləcək mütəxəssislərə ehtiyacı var. Bu ixtisas sizə həmin otellərin istədikləri bacarıqları və sənaye biliklərini verəcək ki, siz həmin kurortları idarə edə biləsiniz. 7ci semestr aşağıdakı dərsləri keçəcəksiniz.

  • Spa and Wellness Resort Hotels
  • Resort Development and Management
  • Introduction to Golf Club Management

 

Qəbul şərtləri: 

  • 17 yaş 
  • Müraciət formu - 300 EUR (geri qaytarılmayan)
  • Attestat, IB, A level
  • CV
  • Əgər İngilis dilində təhsil almamısınızsa aşağıdakı imtahan nəticələri:
  • IELTS 5.5
  • TOEFL 70
  • Cambridge C
  • Etibarlı tibbi arayış