ISM (University of Management and Economics)

2015-10-21 08:10:57

ISM (University of Management and Economics)

Avropada ən böyük biznes məktəbi və Norveç innovasiyasının davamçısı Bİ Norwegian Business School,  İSM universitetinin yaradıcılarından biridir. 1999-cu ildə yaradılan universitet menecment sahəsində Litvada ilk özəl müəssisədir.

2007-ci ildən bəri EDUNİVERSAL qlobal reytinqində TOP 200 bizness universitet siyahısında yer alır. İSM universiteti Litvada eləcə də, Şərqi və Mərkəzi Avropada ən yüksək reytinqli universitetdir. 2006-cı ildən bəri CEEMAN keyfiyyət nişanı tərəfindən akkreditasiya olunur.

Əgər siz vaxtınızı və pulunuzu dəyərləndimək istəyirsinizsə İSM universitetinin sizə təklif etdiyi proqramlardan yararlanmağa çalışın. Belə ki, İSM tələbələri Norveç, Fransa, Belçika, ABŞ, Niderland kimi ölkələrin TOP Reytinqdə yer alan universitetlərinin diplomunu əldə etmək şansları var. 

 

Sən həqiqətən oxuduğunuz sahə üzrə çalışmaq istəyirsən? İSM tələbələrinin 99%-i universiteti bitirdikdən sonra uğurla öz kariyeralarını davam etdirirlər, onların universiteti başa vurduqdan sonra rahatlıqla iş tapmç şansları var. Bundan əlavə universitetin kariyera mərkəzi də var ki, burada tələbələrə iş tapmaqda yardım göstərilir. İSM tələbələri öz sahəsində digər universitetlərlə müqayisədə daha çox iş sahibi olan tələbələrdir. 

İş sahəsi üzrə konsetrasiya olunmuş daha praktiki tədrisi üstün tutursunuzsa İSM ən doğru seçimdir.

İSM 2000 tələbə və 2500 məzununa bütün təhsil sahələri üzrə: Bakalavr, Magistr, Doktorantura  üzrə təhsil təklif və tədris edir. Universitetin Kauna və Vilnus olmaqla iki kampusu fəaliyyət göstərir.

Bakalavr dərəcəsi üzrə təklif olunan proqramlar:

Bakalavr

Davam etmə müddəti

Kampuslar

Təhsil haqqı/Semester

Diplom

Industrial Technology Management

4 il

Vilnus

1800 EUR

İdarəetmə

International Business and Communication

3.5 il

Vilnus, Kaunas

2057 EUR

Beynəlxalq Biznes

Finance

3.5 il

Vilnus

2057 EUR

Maliyyə

Economics and Politics

4 il

Vilnus

1800 EUR

Siyasi İqtisadiyyat

Qəbul şərtləri:

  • Attestat
  • TOEFL (İBT minimum 60 bal) və ya İELTS akademik (minimum 5.5 bal). Əgər göstərilən sertifikatlardan hər hansı biri yoxdursa tələbə İSM tərəfindən təşkil olunmuş imtahandan keçməlidir.
  • Riyaziyyat, Tarix və ya Coğrafiya, Biologiya, İnformasiya Texnologiyaları, İngilis dili fənlərindən hər hansı birindən qiymətləri yüksək olmalıdır.
  • enroll.ism.lt saytından formu doldurmaq

*Beynəlxalq tələbələr İSM universitetinin təqaüd proqramlarından da  yararlana bilər, onlar 30% və ya 50% təhsil haqqından azad oluna bilərlər

 

Magistr

Davam etmə müddəti

Kampuslar

Təhsil haqqı/Semester

Diplom

Innovation and Technology Management

1.5  il

Vilnus

2975 EUR

İnnovasiya idarəçiliyi

International Marketing and Management

2 il

Vilnus, Kaunas

2275 EUR

Beynəlxalq Marketinq

Financial Economics

2 il

Vilnus

2275 EUR

İqtisadiyyat

 Qəbul şərtləri:

  • Bakalavr diplomu
  • TOEFL (İBT minimum 65 bal) və ya akademik İELTS (minimum 6 bal). Əgər göstərilən sertifikatlardan hər hansı biri yoxdursa tələbə İSM tərəfindən təşkil olunmuş imtahandan keçməlidir

 

* Beynəlxalq tələbələr İSM universitetinin təqaüd proqramlarından da  yararlana bilər, onlar 30% və ya 50% təhsil haqqından azad oluna bilərlər.

** İSM universitetinin bakalavrı bitirmiş tələbələrinə isə 30% endirim olunur.

Təqaüd proqramları haqqında ətraflı məlumat üçün scholarships.lt saytını ziyarət edin