Hollandiya

2015-12-03 09:21:55

Hollandiya

Hollandiya, daha doğrusu Niderland Qərbi Avropada yerləşən kiçik bir ölkədir. Hollandiya adı ilə məşhur olan ölkənin əsl adı Niderlanddır və Avropada 12 əyalətə və 3 Karib adasına sahibdir. 

Niderlandala bağlı bir neçə məşhur fakt vardır, onlardan biri də ölkə ərazisinin 26%-nin dəniz səviyyəsindən aşağıda yerləşməsi, bir digərisə Amsterdamın ölkə paytaxtı olmasına baxmayaraq hökumət Haqada yerləşir.

Digər və Hollandiyanı təkrarolunmaz edən şey onun təhsil sistemidir. Hollandiya Böyük Britaniyadan sonra ana dili İngilis dili olan ikinci ölkədir ki, İngilis dilində çox geniş beynəlxalaq proqramlar təklif edir. Biz də British Academy olaraq Hollandiyadakı ən yaxşı bakalavr və magistr proqramlarını seçmişik.

 

 

 

Seçdiyimiz ən yaxşı proqramlar yerləşir:

  • Breda (NHTV University və Avans University). Breda Hollandiyanın cənuibunda Şimali Brabant əyalətində yerləşir. Breda təqribən 30 000 tələbə sayı ilə ən məşhur tələbə şəhəri və 2009 - 2013-cü illərdə ən yaxşı bar, restoran, kafe, festivallar, ticarət mərkəzi və yüksək səviyyəli təhlükəsizliyi ilə Hollandiyanın ən məşhur biznes mərkəzi hesab edilmişdir.

  • Venlo (Fontys Business School). Venlo Hollandiya ilə Almaniyanın sərhədində strateji yerləşməyə malik çox gözəl şəhərdir. Şəhər Limburq əyalətinin bir hissəsidir və əhalisinin sayı 100 000 nəfərdir. 2014-cü il üçün Venlo Hollandiyanın ən yaxşı biznes mərkəzi kimi qərarlaşmışdır.

  • Vlissingen (HZ University of Applied Science). Şimal dənizinin sahilində yerləşən Vlissingen Zeeland əyalətindədir. 45 000-lik əhalisi ilə Vlissingen kiçik bir şəhərdir. Turist və tələbə şəhəri olan Vlissingen gözəl şəhərətrafı ərazisi və tarixi abidələrilə məşhurdur.

  • Enschede (Saxion University of Applied Science). Tvente regionunda yerləşən şəhər Niderlandın şərqindədir. Şəhər hazırda Asiyaya keçmiş toxuculuq mərkəzi olmuşdur və Saxion University "Textile Engineering and Management" proqramı ilə yenidən şəhərin əvvəlki adı qaytarılmağa çalışılır.

  •  Tilburg (Tilburg University) Şimali Brabaant əyalətində yerləşir və əhalisi 200 000 nəfərdir.Tələbə  sayı isə 25 000 nəfərdir. Parkları, gözəl şəhər mərkəzi, ətraf mühit imkanları ilə Tilburg ölkənin məşhur turizm destinasiyalarından biridir.

  • Nijmegen (Radboud University) hazırda 170 000-dən çox əhalisi olan şəhər 2000 illik tarixi ilə Niderlandın ən qədim şəhəridir. Şəhər Almaniya ilə sərhədə yaxın ərazidə yerləşir və hazırda alman və digər turistlərin daha çox ziyarət etdiyi memarlıq nümunələri, muzeyləri, cəlbedici küçələri və meydanları ilə məşhurdur.

  • Maastricht (Maastricht University) 130 000-dən çox əhalisi olan şəhər Limburg əyalətində yerləşir və Nijmegendən sonra Niderlandın ən qədim ikinci şəhəri heab edilir. Şəhər Avropa Birliyinin yaradılması ilə nəticələnən 1992-ci il kontraktının imzalandığı yer kimi məşhurdur.