Swiss Education Group (SEG)

2015-12-08 09:52:23

Swiss Education Group (SEG)

Swiss Education Goroup İsveçrənin Turizm və Qonaqpərvərlik sahəsində təhsil imkanları təklif edən universitetlər qrupudur. Qrupun tərkibinə 5 Universitet daxildir ki bunlar: Cesar Ritz, Culinary Art Academy, Hotel İnstitute Monterux, İHTTİ Hotel Management School, Swiss Hotel Management School-dur. 1982-ci ildən bəri fəaliyyət göstərən universitetlər qrupu Turizm və Qonaqpərvərlik sahəsində professionallar yetişdirir və onlar hal hazırda Qrupun əməkdaşlıq etdiyi turizm obyektlərində (Xüsusən də dünya əhəmiyyətli otellər qrupu ilə)  fəaliyyət göstərir. Qrupun əsas məqsədi fəaliyyətfə olduğu sahə üzrə ixtisaslaşmış kadrların yetişdirilməsidir. Sadəcə bunlarla yetinməyən qrup rəhbərləri eyni zamanda tədris prosesi zamanı tələbələrin təcrübə qazanması və gələcək kryeralarında uğurla addımlamalrı üçün ödənişli internship proqramları təklif edir. Belə ki, tələbələr təhsil müddətində akademik ili başa vurduqdan sonra 4 və ya 6 ay internship proqramına qoşulmalıdır. İnternship proqramlarında əsas nizam-intizam götürüldüyü üçün proqrama qoşulan tələbələrlə ciddi şəkildə məşğul olurlar. Tələbə gecikmə, səliqəsizlik, vaxtında işi yerinə yetirməmə və məsuliyyətsizliyə görə cərimə balı alır və 20 cərimə balı almış tələbə işdən azad olunur.

Qrupun tərkibinə daxil olan hər bir Universitetin öz təklif və təhsil imkanları mövcuddur, bunlar aşağıdakı kimidir:

 

Otel və Turizn işimdə Beynəlxalq Biznes bakalavr dərəcəsi - Vaşinqton Dövlət universiteti ilə birgə fəaliyyət göstərən universitet Hotel Management üzrə ən yaxşıları tələbələrə tədris edir və çatdırmağa çalışır. Proqramın sonun tələbələr ikili diploma yiyələnir.

Culinary Arts Academy - adından da göründüyü kimi universitet modern və ənənəvi yemək nümunələrinin hazırlanmasl üzrə professionallar yetişdirir. Universitet Avropanın mərkəzlərindən birində yerləşir və kulinariya sənətini praktiki şəkildə tədris edir. 
 

Hotel İnstitute Montreux - İsveçrədə ən mükəmməl Otel menecmenti təhsili təklif edən universitetdir. Tələbələr dərs əsnasında təşkil edilən real iş mühiti vasitəsilə gələcək kariyeralarına ilk addımlarını atmış olurlar. Universitet Özündə İsveç Turizm təcrübəsilə Amerikan Menecment təcrübəsini birləşdirir.

Adları çəkilən universitetlərə qəbul şərtləri:

Bakalavr dərəcəsi üçün:

  • Attestat
  • İngilis dil biliyi sertifikatı (TOEFL 500 / İELTS 5.0 və ya ekvivalent)
  • Minimum yaş həddi 18

Magistr dərəcəsi üçün: 

  • Bakalavr diplomu
  • İngilis dil biliyi sertifikatı TOEFL 550 / İELTS 6.0 və ya ekvivalent
  • Minimum yaş həddi 21

Proqramlara il ərzində dörd dəfə müraciət etmək mümkündür. İlk olaraq siz Yanvar, Aprel və İyul aylarında müraciət edə bilərsiniz. Ümumi təhsil müddəti 3 ildir. İkinci qəbul dövrü oktyabr ayındadır, təhsil müddəti 3 ildir.

Magistr dərəcəsi üçün Yanvar, Aprel və İyul aylarında müraciət edə bilərsiniz. Təhsil müddəti 2 ildir, birinci ilin 4cü rübündə tələbələr internship proqramlarına qoşulmalıdır.

Oktyabr ayı üzrə müraciət də həmçinin iki illik proqramdır. Birinci ilin 4cü rübündə tələbələr internship proqramlarına qoşulmalıdır .

*İnternship proqramları zamanı tələbələrə aylıq 2172 İsveç Frankı məvacib verilir.

**Tələbələr minimum 18 yaşlı olmalıdır ki, internship proqramlarında iştirak edə bilsinlər.

 

School of Hotel Management İHTTİ - Universitet turizm və qonaqpərvərlik sahəsində təhsil təklif etməklə yanaşı eyni zamanda otel dizaynı tədrisi də təklif edir. Tələbələr burada liderli və menecmentlik bacarıqlarını inkişaf etdirməyə yönələn tədris metodu ilə tanış olacaqlar. 

SWISS HOTEL MANAGEMENT SCHOOL – HOSPITALITY, EVENTS, RESORT AND SPA - Daha çox otel menecment sahəsində görüşlərin təşkili onların idarə olunması,spa və kurortların idarə olunması və təşkili sahəsində təhsil təklif edir. Burada əsas olara turizm sahəsi ilə bağlı xidmtər növlərinin tədrisi, Otel menecmenti ixtisasının önə çəkilməsidir.

Adları çəkilən universitetlərə bakalavr dərəcəsi üçün qəbul şərtləri:

  • Qəbul ildə iki dəfə aparılır birinci Fevral, ikincisi isə Sentyabr ayında
  • Attestat
  • İngilis dil biliyi sertifikatı (TOEFL 500 / İELTS 5.0 və ya ekvivalent)
  • Minimum yaş həddi 18
  • Təhsil müddəti 3 il

*İnternship proqramları zamanı tələbələrə aylıq 2172 İsveç Frankı məvacib verilir.

**Tələbələr minimum 18 yaşlı olmalıdır ki, internship proqramlarında iştirak edə bilsinlər.

Magistr dərəcəsi üzrə:

  • Qəbul ildə iki dəfə aparılır birinci Fevral, ikincisi isə Sentyabr ayında
  • Bakalavr dərəcəsi diplomu
  • İngilis dil biliyi sertifikatı TOEFL 500+ / İELTS 5.0 və ya ekvivalent
  • Minimum yaş həddi 21

Qrup Otel menecmentindən əlavə tələbələr üçün ingilis dili kursları, eləcə də universitetlərdə gedən dərs prosesi ilə tanış olmaları üçün açıq qapı elan edir (vizadan başqa bütün xərclər qrup tərəfindən ödənilir). Dil kursları minimum 2 həftə təklif olunur və bu tələbələr üçün böyük dəyişiklik və təcrübə olacaq. Üruplar tələbələrin dil səviyyələrinə uyğun yaradılır