Anglo American University

2016-06-11 03:46:51

Anglo American University

Uğurla orta məktəbi və ya universiteti bitirdikdən sonra tələbələr növbəti təhsilini hansı təhsil ocağında alacağı barədə tərəddüd içində qalır. Heç şübhəsiz Praqada yerləşən Anglo Amerikan Universiteti Çex Respublikasında ali təhsil verən qədim özəl universitetdir. Bundan başqa universitet bölgədə ən çox reytinqə sahib və daha çox təqaüd proqramı təklif edən universitetdir. Yarandığı gündən - 1990-cı ildən bu yana- Anglo Amerikan Universiteti (AAU) Avropa universitetləri arasında özünü liderə və ən çox tələb görən təhsil destinasiyasına çevirə bildi. Bu il Universitet artıq 25-ci il dönümünü qeyd edir.

Britaniya və Amerika tədris kurrikulum təcrübəsinə əsaslanan universitet tələbələrə kiçik otaqlarda, interaktiv dərs prosesi, dünya universitetlərində ( Cambridge, Harvard, Stanford and Yale) dərs demiş müəllimlər tərəfindən deyilən seminarlarda iştirak təklif edir. Bizim şüarımız tələbələr üçün beynəlxalq mühit yaradaraq onlar üçün ən yaxşını, onların fərdi maraqlarını nəzərə almaq dərs şəraiti yaratmaqdır.

Bu il universietetin qarşısına qoyulan məqsəd WASC (Western Association of Schools and Colleges) akkreditasiyasını almaq olmuşdur. WASC Birləşmiş Ştatların region üçün özəl və dövlət  universitet və məktəblərin ,kolleclərin akkreditasiyası ilə məşğul olan bir qrumdur. Qurum eyni zamanda digər ölkələrin təhsil müəssələrini də Amerikan sisteminə uyğun olaraq akkreditasiya edir. Bizim universitet ilk Birləşmiş Ştatlar universiteti olmayan universitet oldu ki, bu akkreditasiyanı əldə etməyə nail oldu.

AAU bu il yeni məkanda yerləşib,bura Praqa Qalasında Thurn və Taxis Palace-dır. Bütün tələbələrin qədim Praqa küşələrini gəzib dolaşmaq, kilsələrlə tanış olmaq və ənənəvi Çex bar və restoranları ilə tanış olmaq imkanı var.

Əlavə olaraq universitetimiz savadlı tələbələr üçün geniş imkanlar açır, belə ki, GPA- balı yüksək olan tələblərə universitetimiz tərəfindən yarı və ya tam şəkildə ödənişdən azad olunmaq üçün təqaüd proqramları təklif edir. Tələbələr 100% bütün təhsil haqqından azad olunur və heç bir gəlir gözləmədən tələbələrin şəxsi inkişafı üçün yatırımlar ediləcək. Bunun üçün tələblərdən yalnız yüksək GPA balı və ingilis dili sertifikları (İELTS və ya TOEFL) tələb olunur.

AAU 5 institutdan ibarətdir bunlar School of Business Administration, the School of International Relations and Diplomacy, the School of Humanities and Social Sciences, the School of Journalism, and the John H. Carey II School of Law ibarətdir. Göstərilən 5 institut hamısı birlikdə müxtəlif maraq və istəkdən asılı olaraq tələbələr üçün geniş Bakalavr və Magsitr proqramları təklif edir. Bunlardan əlavə AAU tələblərə Praqada İngilis dilində prestijli MBA proqramları təklif edir. 17 Aylıq MBA proqramları ABŞ-ın Kaliforniya ştatının Chapman University’s Argyros School of Business and Economic universiteti ilə bağlanmış müqavilə əsasında tədris olunur və ikili diplom təklif edir. 

AAU Çexiyada tələbələrə ən geniş kitabxana imkanı təklif edir, təklifə 19.000 çap olunmuş kitab nüsxəsi, geniş jurnal nüsxələri, qəzet və elektron məlumat bazası daxildir. Erasmus və digər beynəlxalq tələbə dəyişimi proqramlarında iştirak edən universitet Avropanın 40-dan çox təhsil destinasiyasına tələbə mübadiləsi həyata keçirmişdir. Adətən bizim tələbələr Avstraliya, Koreya, Tayvan və digər Qərbi Avropa ölkələrinə göndərilir.

Proqramlar və illik təhsil haqqları

Bakalavr Proqramları

İllik

Bisnesin İdarəedilməsi

5550 €

Bisnesin İdarəedilməsi: Marketinq və Əlaqələr

5550 €

Bisnesin İdarəedilməsi: Marketinq Analizi və Planlaması Strategiyası

5550 €

Humanitar, Sosial və Mədəni

5550 €

Beynəlxalq Əlaqələr

5550 €

Jurnalistika və Komunikasia

5550 €

Siyasət və İctimaət

5550 €

Viziual İncəsənət

5550 €

Hüquq Bakalavr

5476 € 

 

Magistr Proqramları

İllik

Beynəlxalq Bazarda Biznes və Hüquq

6104 €

Humanitar

6104 €

Beynəlxalq Əlaqələr və Diplomatiya

6104 €

Hüquq Magistr- London Universiteti Beynəlxalq  Proqramı

6104 €

MBA (16 ay)

16650 €(bütün proqramın qiyməti)

Tələbələr +420 257 286 639 telefon nömrələri vasitəsilə və ya  

 admissions@aauni.edu  elektron poç ünvanı ilə əlaqə saxlaya bilərlər.