Latviya

2015-05-10 06:05:21

Latviya

Latviya Respublikasında təhsil sistemi 3 hissəyə bölünür:  ibtidai, orta və ali . Dövlət orta ümumi təhsil verir . İcbari təhsil 9 ildir. Şagirdin seçiminə görə 12 ilə uzadıla bilər.  1ci sinif 6 və ya 7 yaşda başlayır. Latviya təhsil sistemində “Mərkəzləşmiş imtahan” sistemi mövcuddur.

Latviya dövlət universitetlərində təhsil yalnız dövlət dilində tədris edilir. Başqa dildə təhsil özəl universitetlərdə əldə edilə bilər. Xarici tələbələr üçün ayrıca programlar mövcuddur, hansı ki, təhsil ingilis dilində tədris olunur. Bu halda tələbə ingilis dili səviyyəsini sübut edən sənəd təqdim etməlidir. Latviyada ingilis dilində təhsil almaq üçün, IELTS 6.0 və ya 6.5, TOEFL 80-100 arası  nəticəniz olmalıdır. Əgər tələbə latış  dilinə yiyələnirsə və bu dildə təhsil almaq istəyirsə, latış dil biliyini sübut edən sənəd təqdim etməli, may ayının sonu və ya iyun ayının əvvəli keçirilən Mərkəzləşmiş imtahanda iştirak etməlidir. Tələbə latışca təhsil almaq üçün ən azı B2 səviyyəsində olmalıdır. Bir çox universitetlərdə təhsil həm də  rus dilində tədris olunur.

Bir çox universitetlər AB üzvü olmayan xarici tələbələri ERASMUS MUNDUS programı üzrə qəbul edir. Bunun üçün, tələbə Latviyada bir ildən az olmayan oturma icazəsi  sənədləşdirməlidir.

Belə ki, Latviyada ali təhsil müəssisəsinə daxil olmaq üçün, Təhsil və Elm Nazirliyi tərəfindən müəyyən edilən latış dili biliyini müəyyən edən test imtahanları vermək lazımdır. Professional ixtisas imtahanları da rəsmi dildə verilir.

Latviyada ali təhsil dünyanın bir çox ölkələrində tanınır. Latviyada əldə edilən diplom, Avropa diplomudur və Latviya və ya digər AB ölkələrində xarici tələbələrə  karyera qurmaq üçün imkanları təklif edir. Latviyada ən ictimai və özəl ali təhsil müəssisələrində təhsil qeyri-AB vətəndaşları olan xarici tələbələr üçün açıqdır.

Xarici tələbələr Latviyada işləmək hüququna malikdirlər, daha doğrusu qazanc əldə etməyə. Belə ki,  əmək müqaviləsində göstərilən müddət həftədə 20 saatdan artıq olmamalıdır . İş icazəsi almaq üçün tələb olunan sənədlər:

· Cari viza və ya yaşayış icazəsi;
· İşəgötürən ilə əmək müqaviləsi (artıq bağlanmış).

Bu sənədləri və bəyanatları Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinə təqdim etmək tələb olunur ki, tələbə iş icazəsi ala bilsin. İcazə yalnız  viza və ya yaşayış icazəsi qüvvədə olduğu müddətə uyğun olaraq verilir.

Tələbə vizası almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-Universitetdən rəsmi dəvətnamə;
-Maddi vəziyyətini əks etdirən sənədin təsdiqi;
-Pasport;
-Şəxsiyyət vəsiqəsi;
-Əvvəlki təhsilini təsdiq edən sənəd;
-iş və ya təhsil aldığı yerdən arayış;