Litva

2015-05-16 00:09:47

Litva

Litva -immiqrantlar üçün əlverişli şərait yaratmaqdan əlavə, rəqabət qabiliyyətli, kifayət qədər yüksək səviyyəli təhsil təklif edən inkişaf etmiş Avropa ölkələrindən biridir. Universitet və kollec olmaqla, Litvada ali təhsil müəssisələri iki növə ayrılır. Litva ali təhsil müəssisəsinə qəbul üçün attestat və ya ekvivalent sənəd olmalıdır. Magistr dərəcəsinə qəbul üçün bakalavr və ya (adətən müvafiq sahədə) digər oxşar sənəd olmalıdır. Təhsilin bütün pillələrinə qəbul Litva Respublikasının Təhsil və Elm Nazirliyi ilə razılaşdırılmış qəbul qaydalarına uyğun olaraq, adətən müsabiqə əsasında həyata keçirilir.

Litvada ingilis dilində təhsil almaq üçün, IELTS 6.0 – 6.5, TOEFL 80-100  tələb olunur. Akademik il sentyabrda başlayır və iyunun ortalarında bitir. Yaz və payız olmaqla, iki semestrə bölünür. Universitet dərəcəsi üç dövrü əhatə edir: birinci dövr Bakalavr, ikinci dövr Magistr və üçüncü dövr Aspirantura (rezidentura). Bakalavr dərəcəsi və ali təhsil universitetlərdə, ixtisas, texniki dərəcə isə kolleclərdə alına bilər (təklif olunur). Litva Ali təhsil müəssisələrində, təhsil haqqı universitetdən-universitetə və seçilmiş təhsil proqramından asılı olaraq dəyişir. Təhsil müəssisələri hər il təhsil haqlarının qiymətini elan edir. Təhsil haqqının orta qiyməti 2500-3000 evrodur.

Litvada Təhsil Haqqında

Bu gün Litva, Qərb dəyərləri ilə Baltik ənənələri və zehniyyətini müvəffəqiyyətli bir şəkildə birləşdirən hər növdən akademik agentliyi ilə müasir və çox inkişaf etmiş bir təhsil sisteminə malikdir. Ölkə, strateji olaraq təhsildə keyfiyyətə və yeniliklərə əhəmiyyət verməkdədir. Beləliklə günümüzün sürətlə dəyişən akademik və iş dünyasının tələblərinin qarşısında ehtiyac duyulan məlumat və bacarıqları qazanmağınızı təmin edər. İlk növbədə istər elm, istər iş dünyası olsun Litva, yaxşı bir təhsil alacağınız gələcək peşəniz üçün lazım olan bacarıqları qazanacağınız doğru ünvandır.

 

Niyə Litvada Təhsil?

• Litva Avropa İttifaqı ölkələri arasında tələbələrin sayına görə liderdir.

• Litva universitetləri sizə üstün keyfiyyətli təhsil proqramları təklif edir.

• Litvada tələbələrin yarıdan çoxu dövlət hesabına təhsil alır.

• Bütövlükdə Litva universitetlərində hazırda 200-ə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

• Öz sahəsində mütəxəssis və təcrübəli təlimçilərə malikdir.

• Verilən diplomlar beynəlxalq səviyyədə tanınmışdır.

• Litvanın dövlət büdcəsində təhsilin payı 20%-dən yüksəkdir.

• Hər cür Bakalavr, Magistr və Doktorantura proqramları təklif edir.

• İngilis və Rus dillərində təhsil proqramlarına malikdir.

• Dünya üzrə inkişaf və təcrübə proqramlarına qoşulma imkanı təqdim edir.

• Qərb dəyərləri ilə Şərq ənənələrini özündə birləşdirən bir təhsil sisteminə malikdir.

• Təhsil ödənişləri sərfəlidir.

• Səmimi, isti bir ictimai mühitə və zəngin bir mədəni həyata malikdir.

 

Litva Təhsil Sistemi

Litva təhsil sistemi, Avropa Birliyi təhsil siyasətinin müəyyən etdiyi bütün şərtləri yerinə yetirmişdir. Universitetlər Bakalavr, Magistr və Doktorantura olmaq üzrə üç mərhələli yüksək təhsil sisteminə sahib olduğu mənasını verən Avropa Baloniya sisteminə daxil olub Avropa Kredit Transfer Sistemini (ECTS) istifadə edir, Avropa və dünya universitetləri ilə akademik inkişaf proqramlarında (Erasmus və digərləri) iştirak edir. Bakalavr pilləsinin davametmə müddəti 4, magistraturada 1,5-2, doktoranturada isə 3-4 ildir. Kolleclərdə bakalavr təhsili 3 ildir. Universitetlər, beynəlxalq tələbələr üçün ingilis və rus təhsil dillərində proqramlar və kurslar da təklif edir.

Litva universitetləri gənc, dinamik, mütərəqqi və dünyanın mədəni və elmi dəyərlərinə açıqdır.

Litva universitet diplomu, Lissabon müqaviləsinə imza atan bütün ölkələrdə etibarlıdır (indiyə qədər bu razılaşma Avropa Birliyi, Ukrayna, Balerus, Türkiyə, Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiya, Qazaxıstan, Rusiya, İsrail kimi 50 ölkə tərəfindən imzalanmışdır). Bu səbəblə ölkənizə qayıtdığınızda və ya başqa bir yerdə təhsilinizə davam etdiyinizdə diplomunuzun qəbul ediləcəyinə əmin olun.

Litvada ümumi təhsil 12 il davam edir. İbtidai təhsil 7 yaşdan başlanır və 4-illikdir. Ondan sonra gələn 5-8-ci siniflər əsas təlim adlanır. Orta təhsil 9-12-ci sinifləri əhatə edir. Litva konstitusiyasına görə, 16 yaşa qədər təhsil ümumi və icbaridir.

Litvada hazırda 3,5 milyon əhali yaşayır. Ümumtəhsil məktəblərinin sayı təxminən 1300-dür. Onlardan təxminən 100-dən bir qədər artığı ibtidai təhsil, 500-dən çoxu əsas, 350-dən artığı isə orta məktəblərdir. Bunlardan başqa, Litvada məktəb-bağçalar, gimnaziyalar, xüsusi məktəblər və s. də vardır. Bu müəssisələrdə 400 mindən çox şagird oxuyur, təxminən 40 min müəllim çalışır. Məktəblərimiz birnövbəlidir.

Orta məktəbləri bitirdikdən sonra gənclər universitetlərə və onların nəzdində fəaliyyət göstərən kolleclərə daxil ola bilərlər. Ölkədə 48 ali təhsil müəssisəsi mövcuddur. Onların 24-ü universitet, bir o qədəri isə kollecdir. Universitetlərin 17-si dövlət, 7-si isə özəldir. Kolleclərin isə 13-ü dövlətə, 11-i xüsusi mülkiyyətə məxsusdur. Bizdə ali təhsil alanların sayı çoxdur. Ali məktəblərdə hazırda 200 mindən yuxarı tələbə təhsil alır. Bu göstəriciyə görə Litva Avropa İttifaqı ölkələri arasında liderdir.

Litvada tələbələrin bir hissəsi pulsuz təhsil alır, bir hissəsi isə aldığı təhsilə görə haqq ödəyir. O cümlədən Litvanın dövlət universitetlərində ödənişli yerlər vardır. Məsələn, bu il universitetlərdə oxuyanların 50 faizindən çoxu pulsuz təhsil alır. Litvada özəl universitetlərə yaxşı qiymətlərlə daxil olmuş tələbələr də dövlət hesabına oxuya bilərlər.

Litva universitetlərində iqtisadiyyat, menecment, siyasi, humanitar və sosial elmlər üzrə illik, yəni 2 semestr üçün təhsil haqqı, təxminən, 1200 avrodur. Tibb ixtisaslarında və texniki elmlərdə isə bu, ildə iki-üç min avro arasında dəyişir. Hazırda Litvanın ali təhsil sistemində tətbiq olunan yeni maliyyələşdirmə mexanizminə görə tələbələrin böyük hissəsi pulsuz təhsil almaq imkanına malikdir.

Litvada ali təhsilin adambaşına maliyyələşdirilməsi mexanizmi tətbiq olunur. Bakalavr təhsili üçün dövlət maliyyələşməsi tələbə vauçeri formasında tərtib edilib. Həmin vauçerlər imtahanlarda ən yaxşı nəticə göstərənlərə verilir. Abituriyentlər təhsil müəssisəsini özləri sərbəst seçirlər. Ona görə də ali məktəblərin maliyyələşməsi onların hansı təhsil müəssisəsini seçməsindən asılı olur.

Dövlət maliyyələşdirilməsi üçün əmək bazarının tələbləri, ixtisaslara və mütəxəssislərə olan ehtiyac nəzərə alınmaqla təhsilin 11 sahəsi müəyyənləşdirilib.

Yeni maliyyələşmə mexanizminə görə dövlət tərəfindən ali təhsilin maliyyələşdirilməsinə yönəldilən vəsait vauçer formasında tələbələrə ünvanlanır. Tələbə isə ali məktəbi könüllü olaraq özü seçir. Həm də onlar dövlət müəssisələri ilə yanaşı özəl ali təhsil müəssisələrinə də üz tuturlar. Belədə istər dövlət, istərsə də qeyri-dövlət ali təhsil müəssisələri arasında rəqabət yaranır. Bu cür rəqabət dövlət ali təhsil müəssisələrini daha yaxşı fəaliyyət göstərməyə, təhsilin keyfiyyətini artırmağa təhrik edir.

Litvada bütün ali təhsil müəssisələri ümumi qəbul sistemində iştirak edir. Qəbul və ya yerləşdirmə, yəni tələbənin hara daxil olması isə orta məktəbin buraxılış imtahanlarının nəticələrindən asılıdır.

İnternetlə təminata daha çox investisiya ayrılır. Bütün məktəblərə İnternetdən keyfiyyətlə istifadə etmək imkanı verilib. Litvanın təhsil müəssisələri, o cümlədən kənd məktəbləri internetdən geniş istifadə edirlər. Hazırda Litva məktəblərində 10 şagirdə 1 kompüter düşür. Müəllimlərin 95 faizi  kompüterdən istifadə edir. Müəllimlərin 67 faizi isə dərslərini İKT-nin tətbiqi ilə aparır.

Litvada ən populyar ixtisaslar iqtisadiyyat, hüquq, tibb və siyasi elmlərdir. Bunlarla yanaşı, informasiya texnologiyaları, mühəndis elmləri də gənclər arasında güclü mövqeyə malikdir.

 

Siyahıda sizə Litvada təhsil ala biləcəyiniz ən əhəmiyyətli Litva universitetləri təqdim olunub.

• Alytaus Kolegija University of Applied Sciences

• International Business School at Vilnius University

• ISM University of Management and Economics

• Lithuanian Academy of Music and Theatre

• Lithuanian University of Educational Sciences

• Mykolas Romeris University

• SMK University of Applied Social Sciences

• Utena University of Applied Sciences

• Vilniaus Kolegija / University of Applied Sciences

• Vilnius Gediminas Technical University

• Vilnius University