International Business School

2015-06-13 00:32:31

International Business School

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan University of Buckingham-ın diplomu verilir.

Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb.

Yaranma ili: 1991
Yerləşdiyi şəhərlər: Budapeşt (Macarıstan), Vyana (Avstriya)
Mənsubiyyəti: özəl

 

İngilis dilində tədris olunan proqramlar
 

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
Menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Biznes və diplomatiya bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Biznes və turizm bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Maliyyə menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
İnformasiya sistemləri menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Menecment və xarici dillər (alman, ispan, fransız) bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
İncəsənət menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Psixologiya və menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
İnsan resursları menecmenti magistr

Budapeşt

Vyana

2 semestr (1 il)

4350 avro / semestr

5900 avro / semestr

30 iyun
Marketinq menecmenti magistr

Budapeşt

Vyana

2 semestr (1 il)

4350 avro / semestr

5900 avro / semestr

30 iyun
Maliyyə menecmenti magistr

Budapeşt

Vyana

2 semestr (1 il)

4350 avro / semestr

5900 avro / semestr

30 iyun
Beynəlxalq biznes magistr

Budapeşt

Vyana

2 semestr (1 il) 4350 avro / semestr
5900 avro / semestr
30 iyun
Tibbi ingilis dili kursları hazırlıq Budapeşt 1 və ya 2 semestr 2750 avro / semestr 30 noyabr
İntensiv ingilis dili kursu hazırlıq Budapeşt 1 və ya 2 semestr 2200 avro / semestr 30 noyabr
Yay məktəbi hazırlıq Budapeşt 4 həftə 1550 avro / 4 həftə 30 aprel


Budapeştdə 4 həftəlik ingilis dilini öyrənmək üçün yay məktəbi təhsil, yemək və qalmaq xərcləri daxil olmaqla cəmi 1550 avrodur. Digər proqramlarda oxuyan tələbələr yuxarıda göstərilmiş təhsil haqqından əlavə digər bütün xərcləri (sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) də özləri ödəməlidirlər. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.

Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ödəməlidirlər. Bu qayda 4 həftəlik yay məktəbində oxuyanlara aid deyil.

Bakalavra müraciət edənlər üçün yaş limiti var. Namizədlər 2016-cı ilin mayın 31-nə kimi (bakalavrın 1-ci kursunun sonuna kimi) 18 yaşında olmalıdırlar.