Andrássy University

2015-06-02 08:10:30

Andrássy University

Andrássy University Budapest yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. 

Yaranma ili: 2001
Yerləşdiyi şəhər: Budapeşt
Mənsubiyyəti: özəl
Departamentlərinin (fakültələrinin) sayı: 3

 

Alman dilində tədris olunan proqramlar
 

İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
Beynəlxalq iqtisadiyyat və biznes magistratura 4 semestr (2 il) 930 avro / semestr 30 iyun
Beynəlxalq münasibətlər magistratura 4 semestr (2 il) 930 avro / semestr 30 iyun
Mərkəzi Avropa tarixi magistratura   930 avro / semestr 30 iyun
Mərkəzi Avropa Tədqiqatları - Diplomatiya magistratura 4 semestr (2 il) 930 avro / semestr 30 iyun
Dunay Regionunun Tədqiqatları magistratura 4 semestr (2 il) 930 avro / semestr 30 iyun
Avropa hüququ (LL.M.) magistratura 2 semestr (1 il) 930 avro / semestr 30 iyun
Avropa və Beynəlxalq İdarəetmə magistratura 4 semestr (2 il) 930 avro / semestr 30 iyun
Siyasi elmlər doktorantura 6 semestr (3 il) 550 avro / semestr 2 iyun
Tarix doktorantura 6 semestr (3 il) 550 avro / semestr 2 iyun
Müqayisəli hüquq və idarəetmə doktorantura 6 semestr (3 il) 550 avro / semestr 2 iyun
İqtisadiyyat doktorantura 6 semestr (3 il) 550 avro / semestr 2 iyun