Birləşmiş Krallıq

2015-08-26 05:33:46

Birləşmiş Krallıq

Böyük Britaniyada ali təhsil bakalavr, magistr və doktorantura pillələrinə bölünür. Bakalavr pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.

Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.

Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar.

Əcnəbi tələbələr

Hər universitetin özünəxas qəbul şərtləri mövcuddur. Edilən hər müraciət ayrı dəyərləndirilir. Tələbənin niyyət məktubu, qiymət ortalaması və ingiliscə səviyyəsi önəmlidir. TQDK imtahanı olmadan bakalavr təhsili, GRE, GMAT imtahanları olmadan magistr təhsili ala bilərsiniz. Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa bölmək olar:

– Universitetlərin  nəzdində fəaliyyət göstərən Baza proqramları;

– Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.

Universitet nəzdində fəaliyyət  göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.

Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər.

Dil bilmə Səviyyəsi: İngiltərədə bakalavr və magistr təhsili almaq istəyən şagirdlərin dil səviyyələri yüksək olmalıdır. IELTS, TOEFL imtahanlarından lazımı balı almış olmaları lazımdır.

  • Foundation:  Minimum IELTS 4.5
  • Diplom: Minimum IELTS 5.0
  • Bakalavr: Minimum IELTS 5.5
  • Pre-Master: Minimum 5.5
  • Magistr: Minimum 6.0
  • Bakalavr Müraciətlərində: Tələbələrin orta məktəb qiymətləri, niyyət məktubu, IELTS ya da TOEFL imtahan nəticəsi.
  • Magistr Müraciətlərində: Tələbələrin bakalavr qiymətlərinin ortlamasının minimum 60 faiz olmağı vacibdir. Niyyət məktubu və IELTS ya da TOEFL imtahan nəticəsi.

Məcburi İmtahanlar: Bakalavr və Magistr oxumaq istəyənlər mütləq beynəlxalq dil imtahanından yetərli bal almaq məcburiyyətindədirlər. Bu imtahanların ən məhşur və etibarlı olanları  TOEFL və IELTS-dir. Bu imtahanlar ölkəmizdə də keçirilir.
Diplomun tanınması: İngiltərədə prestijli və köklü universitetlər yerləşir və bunlar Təhsil Nazirliyi tərəfindən tanınırlar.
İşləmək Hüququ: Universitet təhsili kimi uzun müddətli proqramlarda vizanızı aldığınız andan etibarən qanuni işləmək haqqınız vardır. Üniversitetdə oxuyursunuzsa, bu icazə həftədə 20 saatdır. Paket proqramlarda isə unversitet öncəsi alınan təhsillərdə işləmək hüququ yoxdur.
Müraciət Vaxtları: Bir çox prestijli universitetlər üçün payız semesteri müraciətləri Yanvar-Fevral aylarında bitir. Amma universitet öncəsi fərqli bir proqram alacaq tələbələr üçün 3 ay əvvəl də müraciətlər gerçəkləşə bilər. İstənilən halda  bir ay öncəsinə qədər müraciət etdiyiniz təqdirdə, kontenjanlar dolmamış universitetlərə yerləşdirmə şansınız  da mövcuddur.

Bakalavr və Magistr üzrə təhsil təklif edən univeristetlərdən bəziləri:

  1. Wales International Study Centre
  2. Sussex Universiteti
  3. Royal Holloway Universiteti
  4. University of Leicester
  5. Stirling Universiteti
  6. Trinity College Dublin – Dublin Universiteti
  7. Surrey Universiteti
  8. Liverpool JMU
  9. Heriot WATT Universiteti
  10. Lancaster Universiteti
  11. Huddersfield Universiteti
  12. Keele Universiteti
  13. Kingston Universiteti
  14. Ulster Universiteti
  15. Aberystwyth University
  16. Anglia Ruskin University
  17. Bangor University
  18. Bournemouth University
  19. University of Chester
  20. Brunel University
  21. Dundee University
  22. European Business School
  23. University of East Anglia
  24. University Of East London
  25. University of Glamorgan
  26. Glasgow Caledonian University
  27. University of Greenwich
  28. University of Hertfordshire
  29. University Of Huddersfield
  30. London Metropolitan University
  31. London Southbank University
  32. Newcastle University
  33. Nottingham Trent University
  34. Oxford Brookes University
  35. University of Plymouth
  36. University Of Portsmouth
  37. Queen’s University Belfast
  38. University Of Salford
  39. Southampton Solent University
  40. Sterling University
  41. University Of Strathclyde
  42. University of Sunderland London Campus
  43. Swansea University
  44. University of Westminster
  45. University of Bath
  46. University of Bedfordshire: Luton and Bedford
  47. University of Birmingham
  48. University of Bradford
  49. University of Bristol
  50. Canterbury Christ Church University, Canterbury
  51. University of Chichester
  52. De Montfort University, Leicester
  53. University of Derby
  54. University of Edinburgh
  55. University of Essex
  56. University of Exeter
  57. University of Glasgow
  58. University of Kent, Canterbury and Medway
  59. University of Liverpool
  60. Queen Mary, University of London
  61. Loughborough University
  62. Manchester Metropolitan University
  63. Middlesex University, London
  64. Napier University, Edinburgh
  65. University of Reading
  66. Robert Gordon University, Aberdeen
  67. University of Sheffield
  68. Sheffield Hallam University
  69. University of Southampton
  70. Staffordshire University, Stoke-on-Trent
  71. University of Surrey, Guildford
  72. University of West London: Ealing, Slough and Reading