Gent Universiteti

2015-06-14 13:19:43

Gent Universiteti

  Gent Universiteti (qısaca UGent) 1817-ci ildə Kral Villiam tərəfindən əsası qoyulub. Universitet bir çox görkəmli alimlər yetişdirib. Onu Nobel mükafatı layiq görülmüş Kornille Heymans, Leo Bikeland, Josef Guislain, Valter Feirs, Marc Van Montaq, Peter Piot və s. kimi tələbələri olub. Bu gün Gent Universiteti hesablamalara görə 41 000 tələbəsi və 9000 işçisi olan Belçikanın əsas universitetlərindən biridir. Bu universitetdə 11 fakültə və 117 fakültə şübəsi var. Bu şöbələr elmi sahələrin hər birində 230-dan artıq yüksək keyfiyyətli kurslar təklif edir. UGent sosial qərarlı və plüarist universitet kimi geniş beynəlxalq perspektivdə fərqlənir. Bu universitetdə bakalavr və magistr təhsili almaq üçün geniş imkan yaradılır.  Xarici tələbələrin dil bacarıqları zəif olduğu təqdirdə onların dil kurslarına getmək imkanı yaradır və kursu bitirdikdən sonra sertifikat verilir.

Fakültə:

1. İncəsənət və Fəlsəfə fakültəsi

2. Hüquq fakültəsi

3. Elmi fakültə

4. Tibb və Sağlamlıq Elmləri fakültəsi

5. Mühəndislik və Memarlıq fakültəsi

6. İqtisadiyyat və Biznesin İdarəsi fakültəsi

7. Baytarlıq fakültəsi

8. Psixologiya və Təhsil Elmləri fakültəsi

9. Bioloji elmlərin idarə edilməsi Fakültəsi

10. Əczaçılıq fakültəsi

11. Sosial və Siyasi Elmlər fakültəsi