Vrije University Brussels

2015-06-14 13:20:10

Vrije University Brussels

  1834-cü ildə Flamand əsilli Brüsselli hüquqşünas Pirre Teodore Verhagen tərəfindən yaradılıb. 1970-ci il 28 may aktına əsasən Brüssel Azad Universiteti və Libre de Bruxelles Universiteti rəsmi şəkildə iki ayrı hüquqi, inzibati və elmi müəssisələr oldular. Bu unversitet "elm qaranlıq üzərində qələbə qazanacaq" prinsipinə əsaslanır. Burada professorlar və vəzifəli şəxslərdən başlayaraq tədqiqatçılar, tələbələr, inzibati və texniki işçilərdə daxil olmaqla bütün təbəqələr universitetin əməkdaşı kimi təmsil olunur. Beləliklə universitet zəmanət verir ki, hər eşelanun qərar qəbul etmə proseslərində bir səs hüququ var və universitetin idarəsində iştirak edirlər. Hər il noyabrın 20-si tələbələr və academik işçilər universitetin yaradıcı olan Verhagenin xatirəsi ni yad edirlər.

   Fakültələr:

1. Hüquq və Kriminologiya fakültəsi

2. İqtisadi və Sosial Elmlər və Solvay Biznes Məktəbinin Fakültəsi

3. Psixologiya və Təhsil Elmləri Fakültəsi

4. İncəsənət və Fəlsəfə fakültəsi

5. Elm və Biomühəndislik Elmləri Fakültəsi

6. Tibb və Əczaçılıq Fakültəsi

7. Mühəndisli Fakültəsi

8. Bədən tərbiyəsi və Fizioterapiya Fakültəsi