Sauthempton Universiteti

2015-06-03 02:30:48

Sauthempton Universiteti

Sauthempton Universiteti

 
  Yerləşir: Böyük Britaniya,  İngiltərə, Sauthempton  şəhəri  
Yaranma tarixi: 1862-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 5000 nəfər
Tələbələrin ümumi sayı: 25000 nəfər
İllik gəlirləri: 394177000 funt-sterlinq
İllik xərcləri: 390135000 funt-sterlinq
Rəsmi saytı: www.soton.ac.uk
 

Sauthempton Universiteti (University of Southampton) İngiltərənin Sauthempton şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sauthempton Universiteti Tayvan Milli Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 95-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Sauthempton Universiteti 90-cı, "QS World University Rankings"in açıqlamasına görə isə 81-ci yerdə qərarlaşıb. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlinə əsasən Sauthempton Universiteti 75-ci, "Times Higher Education World University Rankings"in cədvəlində isə 127-ci yerdə dayanır.  

Sauthempton Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. 

Tarixi 

Sauthempton Universitetinin tarixi 1862-ci ildə xeyriyyəçi Henri Robinson Hartlinin yardımı nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi ilə başlayır. 1850-ci ildə Hartli ölüm ayağında olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin yaradılması üçün Sauthempton şəhəri Hay stritdəki malikanəsini və 103000 funt-sterlinq məbləğdə vəsaiti vəsiyyət edir. Həmin dövrdə, adətən kolleclər yaradıldığı halda, qeyri-adi xarakterli Hartli mərkəz yaradılması haqqında qərar verir. Vəsiyyətnaməyə dair uzunmüddətli məhkəmə çəkişmələri və kütləvi debatlardan sonra Sauthemptonda institut yaratmaq qərara alınır.

1902-ci ildə

2002-ci il yanvarın 22-də Sauthempton Universiteti qızıl yubileyini qeyd edir. Həmin dövrdə universitetin tədqiqatlardan əldə etdiyi vəsait ümumi gəlirlərinin əsas hissəsini təşkil edir. Son illər universitetin Elektronika və Kompüter Elmləri Məktəbi, Optoelektronika Elmi-Tədqiqat Mərkəzi, İnkişaf Elmləri İnstitutu, yeni idman zalı tikilərək istifadəyə verilib.         

Büdcəsi və təhsil haqqı

Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 390135000 funt-sterlinq olub. Göstərilən məbləğin 227106000-ni əməkdaşların əməkhaqqı, 22999000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.

2011-2012-ci tədris ilində Sauthempton Universitetində bakalavr səviyyəsində təhsil haqqı 10820-25500 funt-sterlinq təşkil edir. Magistratura səviyyəsində təhsil haqqı 11440-14460, doktorantura səviyyəsində isə 11440-16120 funt-sterlinqdir.

 Sauthempton Universitetində 1 tədris ilində tələbəyə təhsil haqqını çıxmaq şərti ilə 7500-9000 funt-sterlinq lazım  gəlir. Bu məbləğə yataqxana, qidalanma, Sauthempton daxili nəqliyyat, kitab, dəftərxana ləvazimatları, avadanlıq və digər lazımi əşyalar daxildir. Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.  

Universitet bu gün 

Sauthempton Universitetinin 5 kampusu mövcuddur.

 

 

 

 

 

 

Sauthempton Universitetində onlarla bakalavr, magistr və doktorluq proqramları təklif edən 8 fakültə fəaliyyət göstərir:

Biznes və hüquq fakültəsi.

Mühəndislik və ətraf mühitin mühafizəsi fakültəsi.

Sağlamlıq elmləri fakültəsi.

Tibb fakültəsi.

Humanitar elmlər fakültəsi.

Təbiət elmləri və ekologiya fakültəsi.

Fizika və tətbiqi elmlər fakültəsi.

Sosial və insan elmləri fakültəsi.

Sauthempton Universitetinin  idarəedici  orqanları  Universitet  Şurası  və  Senatdır. Universitetdə ümumilikdə 5000-dən çox işçi çalışır.

Sauthempton Universitetində 25000-dən çox tələbə təhsil alır. Onların 18000-ə qədəri bakalavr, qalanları isə magistr və doktorantlardır. Universitetdə dünyanın 130 ölkəsini təmsil edən əcnəbi tələbə oxuyur.

Sauthempton Universiteti hazırda Böyük Britaniyanın və dünyanın akademik nüfuza malik aparıcı ali məktəblərindən biridir. Universitet tədrisə, təhsilə, tələbə təcrübəsinə əsaslanan əlverişli mühitdə əsasən beş sahəyə - fərqli təhsilə, tələbənin istedadına önəm verməyə, qlobal problemlərin öyrənilməsinə diqqət ayırmağa, gənclərin gələcəyini təmin etməyə və əvəzolunmaz sosial təcrübə bəxş etməyə diqqət yetirir.  

Universitetin məşhur məzunları 

  Pehin Bin İbrahim Bruney-Darussalamın sabiq daxili işlər naziri  
  Evan Enverem  Nigeriya Senatının sabiq sədri  
  Məhəmməd Lütfi Fərhad Şimali Afrika Parlamentinin sabiq vitse-prezidenti  
  Adrian Fulford Beynəlxalq Cinayət Məhkəməsinin hakimi  
  Cerald Hovart  Beynəlxalq Təhlükəsizlik Strategiyası naziri  
  Ceyson Hu Çin Respublikasının sabiq xarici işlər naziri, Tayçjun şəhərinin meri  
  Ebele Okeke Nigeriya dövlət xidmətinin ilk qadın rəhbəri  
  Artur Batton Böyük Britaniya Kral Hava Qüvvələrində   sabiq böyük  komandan