Liverpul Universiteti

2015-06-04 01:10:36

Liverpul Universiteti

Liverpul şəhərində Kaplan Beynəlxalq Kolleci Liverpul Universitetində təhsilini davam etmək arzusu olan xarici tələbələrə Foundation və Magistr-qabağı Hazırlıq proqramlarını təklif edir.

Liverpul Universitetində Təhsil almağın hansı üstünlükləri var?

  • Təbii elmlər üzrə 10 ən yaxşı universitet sırasına daxildir (“Guardian”, 2009 il)
  • Rassel qrupunda 1881-ci ildə əsası qoyulmuş ən qədim ingilis universitetlərindən biri
  • Mədəniyyət həyatı ilə zəngin olan və öz beynəlxalq hava limanı olan maraqlı şəhər

Gələcək Tədris üçün Proqramlar

Liverpuldakı Beynəlxalq Kollecdə proqramı uğurla bitirdikdən sonra Siz Liverpul Universitetində gələcək tədris üçün seçdiyiniz proqrama keçə bilərsiz. Tədris proqramlarına daxildir:

  • Sahibkarlıq və iqtisadiyyatüzrə bakalavr pilləsi
  • Marketinqüzrə bakalavr pilləsi
  • Beynəlxalq sahibkarlıqüzrə bakalavr pilləsi
  • Mühəndislik üzrə bakalavr pilləsi
  • Beynəlxalq hüquq üzrə magistr pilləsi
  • Maliyyə üzrə magistr pilləsi

Liverpul Universitetində gələcək təhsil üçün digər proqramlarını Liverpulda Kaplan Beynəlxalq Kollecinin rəsmi səhifəsində tapa bilərsiz.

Kollecdə tədris proqramları

Foundation proqramları:

  • Sahibkarlıq, hüquq və ictimai elmlər
  • Təbii və texniki elmlər

Magistr-qabağı hazırlıq proqramları:

  • Sahibkarlıq, hüquq və ictimai elmlər
  • Təbii və texniki elmlər

1881-ci ildə qurulan Liverpul Universiteti verdiyi mükəmməl akademik təhsil ilə İngiltərənin ən qədim şəhər universitetlərindən biridir. Liverpul Universitetinin məzunları 9 Nobel mükafatı qazanmışdır.100-dən çox ölkədən gələn 4000-dən çox beynəlxalq tələbənin təhsil aldığı Liverpul universiteti Böyük Britaniyada ən çox seçilən universitetlər arasındadır.

Liverpul Universiteti  Times Good University Guide 2011-ci ildə 28-ci sırada iştirak etmişdir.

Universitetdəki akademik və ictimai həyatınızda universitetdən tam dəstək alırsınız. Liverpul Universitetindən məzun olduqdan sonra bütün dünyada etibarlı bir diplom  və bu diplom ilə mükəmməl karyera imkanlarına sahib olursunuz.

Uzun zamandır beynəlxalq tələbələrə təhsil verən universitet, fərqli mədəniyyətdən gələn tələbələrə bu mövzudakı təcrübəsi ilə son dərəcə gözəl bir ictimai həyat və təhsil mühiti təqdim edir.

Əsas İxtisaslar 

  • Diş Həkimliyi
  • Mühəndislik
  • Tibb
  • Baytarlıq
  • Siyasət
  • Psixologiya
  • Biologiya
  • Kimya
  • Medya
  • Kompüter Elmləri

Tələbə Statistikası

Universitetdə 21,000 tələbə təhsil alır və bu tələbələrin 10%-ni xarici tələbələr təşkil edir. 

Yerləşmə -  

Liverpul Universiteti Bakalavr tələbələrinə geniş bir sahədə yerləşən yataqxana seçimləri təqdim edir. Beynəlxalq tələbələrə Avqust ayının sonundan etibarən müraciət etmiş və qəbul almış tələbələrə yataqxana seçimində yardımçı olur.

Magistr tələbələri üçün yerləşmə kampusdakı Liverpul Universitetinin  yataqxanalarında təqdim olunur.Liverpul Universitetinin yataqxanalarının üstünlüyü mərkəzi mövqe, akademik departmanlara, kitabxanalara, tələbələr dərnəyinə və Liverpulun inkişaf edən mədəni səhnəsinə asan girişi təmin edir.

Liverpul Universitetində 2 əsas kitabxana vardır və ikisi də 24 saat açıqdır. 1.8 milyondan çox kitab, 17000 elektron jurnal tələbələrin istifadəsinə verilmişdir. 

Bir çox mədəniyyəti və dini özündə birləşdirən Liverpul kimi bir şəhərdə, kampus içi və kampus xaricində fərqli din və inanclar üçün ibadət yerləri də var.

Liverpuldan Avropaya nəqliyyat John Lennon Aeroprtu vasitəsilə təmin edilir və Manchester Aeroportu və bir sıra qlobal yerlərdən yalnız 45 dəqiqə uzaqlıqdadır. Liverpul Universiteti akademik ilin əvvəlində İngiltərəyə gələn yeni beynəlxalq tələbələr üçün Manchester Beynəlxalq Hava limanından Liverpula pulsuz nəqliyyat imkanı da təqdim edir.

Liverpul, İngiltərənin şimal-qərbində olan bir liman şəhəridir. Liverpul University və John Moores adında iki böyük universiteti olan şəhər, dünyanın dörd bir tərəfindən təhsil almaq üçün gələn gənclərə ev sahibliyi edir. Futbolun şəhərin hər küçəsinə sinmiş qoxusu Liverpul deyilincə ağla ilk gələnlərdəndir. Liverpula gedib Beatles Muzeyini gəzmədən dönmək səhv olar. Liverpul futbol komandasının əfsanəvi və tarixi Anfield Road stadionu şəhərdə görülməsi zəruri yerlərdəndir. Şəhərdə görülə biləcək digər yerlər Liverpul Milli Muzeyi, Albert Dock Bölgəsi, Liverpul Milli Parkı, Knowsley Safari Parkı, alış-veriş üçün Met Quarter, Cavern Walks olaraq sayıla bilər.

 

Şəhər

Liverpool

Kateqoriya

Dövlət Universiteti

Quruluş ili

1881

Əsas Proqramlar

Okean və Dəniz Elmləri, İnşaat Müh. Biznes,

İqtisadiyyat, Hüquq, Mühəndislik, Sosial Elmlər, MBA

Reytinq

- Dünya Reytinqde 112-ci

- İngiltərə Reytinqde 19-cu

Tələbə sayı

18,000 Bakalavr, 4,000 Magistr

Universitet Keçid Programları (University Pathways)

2 sahədə mövcuddur

Müəssisənin iqtisadiyyatı, Hüquq və Sosial Elmlər /

Mühəndislik

Başlanğıc Tarixləri

Fevral, İyun

Bakalavr Bölmə Sayı

150 +

Minimum İngilis-dili səviyyəsi

IELTS 4.5

Orta bal (GPA)

60 (100 üzərindən)

Universitetin Təhsil haqqı (Bakalavr)

13,000 Sterlinq / illik

Magistr Keçid Programları (Pre-Master)

Müəssisənin iqtisadiyyatı, Hüquq və Sosial Elmlər /

Mühəndislik

Başlanğıc Tarixləri

Fevral, May

Magistr Bölmə sayı

60 +

Minimum İngilis-dili səviyyəsi

IELTS 5.5

Orta bal (GPA)

2.8

Universitetin Təhsil haqqı (Magistr)

15,000 Sterlinq / illik

Additional Info

  • İxtisas: Hüquq, Tibb, Turizm, İdman, Tarix, İnformasiya Texnologiyaları, Maliyyə, Mühəndislik, Biznes, İqtisadiyyat, İncəsənət, Dizayn, Kimya, Riyaziyyat, Biologiya, Fizika, Mühasibat, Sosiologiya, Media, Dilçilik, Kompüter Mühəndisliyi
  • Ölkələr: Böyük Britaniya
  • Diplom: Atestat diplomu, Bakalavr diplomu, Magistr diplomu
  • Proqram: Bakalavr proqramı, Magistr proqramı