Nyukasl Universiteti

2015-06-04 01:11:04

Nyukasl Universiteti

Newcastle Universiteti ‘2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında’ yer alıb və hər il burada Marketinq, İnsan Resurslarının İdarə Edilməsi, Təhsilin İdarə Edilməsi və Dəniz Texnologiyası  ixtisaslarında Azərbaycandan onlarla gənc təhsil almağa başlayır. Birləşmiş Krallığın ən top universitetlərindən biri olan Newcastle Universiteti 1834-cü ildə təsis edilib və burada 20 000-dən çox tələbə təhsil alır. Onun reputasiyası və populyarlığı akademik mükəmməlliyə, yüksək keyfiyyətli təhsilə və dünya səviyyəli tədqiqata bağlılığı ilə izah oluna bilər. Burada tələbə olmaqla siz Birləşmiş Krallığın ürəyində yerləşən dostcasına və təhlükəsiz mühiti olan şəhərlərdən birində oxumaq üçün gözəl bir mühitə düşmüş olacaqsınız. Universitetin beynəlxalq tələbələri qəbul etməklə bağlı böyük ənənələri var. Ümumilikdə Newcastle şəhərinin 20 faizini xaricdən gələn tələbələr təşkil edir ki, onlar da 100-dən artıq milləti təmsil edirlər. Universitet özünün INTO mərkəzində təqdim edilən Foundation, İngilis dili hazırlığından tutmuş, bakalavr, magistratura, PhD və peşəkar qısamüddətli kurslara qədər geniş təhsil imkanları təqdim edir.

  • Newcastle Universiteti beynəlxalq tələbələr arasında növbəti səbəblər də daxil olmaqla populyar seçimdir:
  • Tədqiqat mükəmməlliyi və təhsilin ali səviyyəsinə görə Birləşmiş Krallıqda 8-ci yerdədir;
  • 100 il bundan öncə uzunmüddətli kəşf və tapıntılar ənənəsi ilə təsis edilib;
  • Biznes, Kompüter elmləri, Mühəndislik, Təhsil, Fizika elmləri, Hüquq və Sosial elmlər də daxil olmaqla demək olar ki bütün əsas istiqamətlər üzrə proqramlar təqdim edilir;
  • Universitetinin kampusu dinamik Newcastle şəhərində yerləşir;
  • Birləşmiş Krallıq universitetlərinin prestijli Russel Group-na daxildir.

Nyukasl Universiteti
Şəhər: Nyukasl
Təsis olunduğu il: 1963
Mülkiyyət: Dövlət
Verdiyi sənəd: Dövlət diplomu
Təhsil dərəcələri : Bakalavr, Maqistr, Fəlsəfə doktorluğu

Fakültələr
İqtisadiyyat:
• Bankçılıq və maliyyə
• Beynəlxalq iqtisadiyyat və maliyyə
• Riyazi maliyyə və risklərin idarə edilməsi

Menecment:
• Beynəlxalq biznes menecmenti
• İnsan resurslarının idarə olunması
• Əməliyyatların idarə olunması, loqistika və mühasibat

Mühəndislik:
• Kimya mühəndisliyi
• Elektrik mühəndisliyi
• Çevrə (ətraf mühit) mühəndisliyi
• Mexanika mühəndisliyi