Varşava Universiteti

2015-06-06 03:32:56

Varşava Universiteti

Polşa təhsil imkanlarına görə olduqca geniş perspektivlərə malikdir. Bu ölkədə əhalinin oxuma-yazma nisbəti 98 faizə bərabərdir. Əvvəllər katolik inancına əsaslanan təhsil-tədris planı universitetlərin inkişafını ləngidirdi. Həmin dövrdə qərb yönümlü təhsilin tətbiq edilməsinə çalışanlar da az deyildi. Polşada məşhur universitetlər içərisində Lüblin Katolik Universiteti və Varşava universiteti xüsusilə seçilir.

Varşava Universiteti XIX əsrin əvvəllərində, daha dəqiq desək, 1816-cı ildə yaradılıb. Təbii ki, bu o dövr üçün mütərəqqi hadisə hesab olunurdu. Universitetdə bakalavr, magistratura, doktorantura pillələri üzrə təhsil həyata keçirilirdi. 

Bu günə kimi 12 minə yaxın ixtisaslı kadr hazırlayan universitet zamanla maliyyə böhranı da yaşadı.Universitetdə 60 minə yaxın tələbə təhsil alır. Britaniyanın “Tayms” jurnalı Varşava Universiteti dünyanın 200 ən nüfuzlu universiteti sırasına daxil edib.Varşava Universiteti bakalavr, magistratura və doktarantura pilləsində 80-dən çox müxtəlif sahələrdə təhsil verir.

Burada təhsil almaq üçün müxtəlif ixtisaslar var:

  • Tətbiqi dilçilik və Şərq-slavyan filologiyası
  • Tətbiqi Sosial Elmlər və Resocialization
  • Biologiya
  • Kimya
  • İqtisad elmləri
  • Təhsil
  • Coğrafiya və Regionşünaslıq
  • Geologiya
  • Tarix
  • Jurnalistika və Politologiya
  • Hüquq və İdarəçilik
  • Management
  • Riyaziyyat, informatika və Mexanika
  • Müasir Dillər
  • Şərqşünaslıq
  • Sosiologiya və fəlsəfə
  • Fizika
  • Polşa Araşdırmalar
  • Psixologiya

Universitetin görkəmli məzunları:

 

Təhsil haqqı

       

                   IXTISAS Əyani tələbələr üçün təhsil haqqı

                  (İllik)                             

Qiyabi tələbələr üçün təhsil haqqı        

                    (İllik)

Psixalogiya                            4300 Euro -
İdrak və Dəyər Fəlsəfəsi 2200 Euro 3000 Euro
Amerika Elimləri                   4000 Euro                                                  4000 Euro
Beynəlxalq Biznes                      -                                                       4000 Euro
Beynəlxalq İqtisadiyat              2100 Euro                                                          -
Maliyyə                                    2100 Euro                                                          -
İqtisadiyyat                            2100 Euro                                                         -
Beynəlxalq Əlaqələr                        -                                                           4300 Euro
Siyasi Elmlər                                  -                                                         4300 Euro